"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

XİN- dən Ermənistana “soyuq duş”: İrəvan reallıqları düzgün qiymətləndirməlidir

30 Sentyabr 2022 - 19:59
in SİYASƏT

Azərbaycan Ermənistana xəbərdarlıq edib. Bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb:
“Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb”.
Həmçinin bildirilib ki, yüksək səviyyəli danışıqlar ərəfəsində İrəvanın təxribatı artıq təəccüb doğurmur: “Aydındır ki, bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir””.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.
Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq”.
Rəsmi İrəvan adətən yüksək səviyyəli görüşlərdən əvvəl provokasiyalar törədir. Beləliklə, danışıqlar masasında “güclü mövqedən” çıxış edəcəyini düşünür. İkinci bir tərəfdən, Ermənistan hakimiyyətinin qərarlarına asanlıqla təsir etmək iqtidarında olan üçüncü tərəflər sülh prosesinə süni əngəl yaradırlar. Ermənistan iqtidarının təxribatlarının səbəbini də üçüncü qüvvələrdə axtarmaq olar.
Hər dəfə layiqli cavab almasına rəğmən, qarşı tərəf sabotaj cəhdlərini silsiləvi olaraq davam etdirir. Bu, üçüncü tərəflərin prosesdə “əli olduğu” ehtimalını artırır. Lakin nəticə dəyişməzdir: danışıqlar prosesinə xələl gətirilir. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan regional sabitlikdə, həqiqətən, maraqlıdırsa, əvvəllər də dediyimiz kimi, siyasi iradə göstərməlidir.
Cənubi Qafqazda sülh və sabitlik əslində indi hər kəsdən daha çox Ermənistana lazımdır. Çünki bölgədəki “ən zəif bənd” İrəvəndır. Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqla öz təhlükəsizliyini təmin edə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Şərqi Avropada davam edən müharibə və Qərblə Rusiyanın mübarizəsi gələcəkdə Ermənistanın işini daha da çətinləşdirə bilər. Artıq bunun əlamətləri hiss olunur. Elə isə Paşinyan administrasiyası nəyə ümid edir? Çox güman, Ermənistan hökuməti vaxtı uzatmaqla gələcəkdə nəyəsə nail ola biləcəyini düşünür. Amma bu, mənasızdır. Əksinə, vaxtın uzanması, davam edən provokasiyalar Ermənistanın şanslarını daha da azaldır.
Bir sıra Qərb ölkələri Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün buradakı “düyün”ün açılmasını istəmirlər. Ona görə bəzi hallarda İrəvanın rəsmi mövqeyini dəstəkləyir, provokasiyaları görməzdən gəlirlər. Ermənistan bundan “bayraq” kimi istifadə etməyə çalışır. Hərçənd beynəlxalq güclər Ermənistanı yox, öz maraqlarını düşünürlər. Bunu Paşinyan özü də bilir.
Beynəlxalq güclər, əlbəttə, Ermənistanın haqsız mövqeyini sonsuzadək dəstəkləyə bilməyəcək. Biz bunu bir dəfə- Fransa, Rusiya və ABŞ – ın həmsədr olduqları Minsk Qrupu formatında gördük. Otuz ildən sonra Azərbaycan həmin dövlətlərin işini yerinə yetirdi, ərazi bütövlüyünü təmin etdi. Bundan sonra dünya gücləri qalib tərəfin- rəsmi Bakının maraqları ilə hesablaşmağa başladılar. İrəvan mütləq bunu nəzərə almalıdır. Başa düşməlidir ki, süni yolla prosesləri uzatmaq sadəcə Ermənistanın özünə ziyandır.
Beləliklə, İrəvan reallıqları anlamalı, düzgün qiymətləndirməli və xəyallardan uzaqlaşmalıdır. Əks halda durumu dəfələrlə daha ağır olacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Leyen: Putinin qərarı nəyisə dəyişməyəcək!

Next Post

Zelenski: Putinlə deyil, başqa prezidentlə razılaşacağıq!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Zelenski: Putinlə deyil, başqa prezidentlə razılaşacağıq!

Zelenski: Putinlə deyil, başqa prezidentlə razılaşacağıq!

Ermənistan hücuma hazırlaşır?-ŞƏRH

Ermənistan hücuma hazırlaşır?-ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.