"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Budəfəki ”soyuq müharibə”ni də Rusiya uduzacaq

04 Dekabr 2014 - 11:39
in SİYASƏT

SSRİ və ABŞ liderlərinin “soyuq müharibə”nin başa çatdığını elan edən Malta görüşündən 25 il ötür; Zəfər Quliyev: “Rusiya bu potensialla uzun müddət “soyuq savaş” apara bilməz…” img1573292

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

3 dekabr tarixə həm də “soyuq müharibə”nin başa çatdığı təqvim kimi düşüb. 1989-cu il dekabrın 2-3-də Aralıq dənizinin Malta adasında SSRİ-nin rəhbəri Mixail Qorbaçov və ABŞ prezidenti Corc Buş (ata) arasında “Maksim Qorki” gəmisində görüş keçirilir. İki gün sürən danışıqlardan sonra dekabrın 3-də SSRİ və ABŞ liderləri “soyuq müharibənin” rəsmən başa çatdığını bəyan etdilər. İmzalanan sazişdə artıq ABŞ və SSRİ-nin bir-birini antaqonist dövlətlər hesab etmədiyi, aralarında düşmənçilik dövrünün başa çatdığı yazılırdı.

Malta görüşündən 25 il keçib və SSRİ-nin varisi olan Rusiya ilə Qərb arasında yenidən qarşıdurma başlayıb. Artıq Rusiya prezidenti Putin baş verənləri növbəti “soyuq müharibə” adlandırıb. Cəmi 25 illik fasilədən sonra dünya ikinci böyük qarşıdurmanı yaşayır.
Politoloq Zəfər Quliyevin sözlərinə görə, “soyuq müharibə”nin praktiki sonu SSRİ-nin dağılması ilə bağlı olsa da, Malta bəyannaməsi formal olaraq SSRİ-Qərb qarşıdurmasının başa çatdığı gündür: “Soyuq müharibə”nin faktiki olaraq başa çatması 1991-ci il, yəni SSRİ-nin rəsmən dağılması tarixidir. Ancaq “soyuq müharibənin” ideoloji sonu məhz 3 dekabr 1989-cu ildə baş verdi. Malta görüşündən sonra Buşla Qorbaçov keçirdikləri mətbuat konfransında bütün dünyaya elan etdilər ki, biz artıq rəqib deyilik. Bundan bir ay əvvəl, 1989-cu ilin noyabrında Berlin divarı söküldü. Rəmzi olaraq bu hadisə iki qütb arasında qarşıdurma olmadığını göstərirdi, yəni daş divarlarla yanaşı, beyinlərdəki divarlara artıq ehtiyac yoxdur”.
Maraqlıdır ki, ötən ay Avstraliyada G-20 sammitindən sonra Putin Qərb dövlətlərinin Rusiyaya qarşı “soyuq müharibə” apardıqlarını deyib. Yəni artıq liderlər də “köhnə dövrün” geri qayıtdığını etiraf edirlər. Z.Quliyev bir çox parametrlərinə görə yeni Qərb-Rusiya qarşıdurmasının artıq başladığı qənaətindədir: “25 ildən sonra Rusiya ilə Qərb arasında növbəti gərginlik müşahidə olunur. Həm Putin özü buna işarə edir, həm də ekspertlər qeyd edirlər ki, artıq dünyada növbəti ”soyuq müharibə” başlayır. Bəziləri artıq bu savaşın başladığını, bəziləri isə başlamaq ərəfəsində olduğunu deyirlər. Ancaq real olaraq deyə bilərik ki, daha bir “soyuq müharibə” faktiki olaraq başlayıb. Rusiyanın rəsmi təbliğatı, telekanallar, mətbuat, o cümlədən prezidentdən başlamış siyasi elitanın ritorikası ona yönəlib ki, Qərb, ilk növbədə ABŞ düşməndir. Bu, faktiki olaraq “soyuq müharibə” ritorikasıdır”.
Ancaq ekspertə görə, 25 il əvvəl başa çatan “soyuq müharibə” zamanı indikindən fərqli olaraq SSRİ daha güclü və böyük potensiala malik olan dövlət idi, Rusiya isə bir sıra parametrlərinə görə SSRİ-ni əvəz edə bilməz: “İlk ”soyuq müharibə” ona görə 40 ildən artıq davam etdi ki, SSRİ-nin böyük bir potensialı var idi. Həm ideoloji baxımdan tamamilə başqa bir dünya idi. Kommunist ideologiyası ilə silahlanmış, böyük əraziyə malik dövlət idi. SSRİ-nin öz ərazisi və buna əlavə olaraq sosialist düşərgəsi ölkələri vardı. SSRİ-nin özünün iqtisadi və hərbi bloku vardı. Demək olar ki, totalitar, ancaq eyni zamanda tam olaraq hər şeyə nəzarət edən bir dövlət idi. Uzun müddət, 40 ildən çox SSRİ Qərb dünyasına, Şimal Alyansına qarşı təkbətək vuruşurdu. O zaman yer üzündəki bütün lokal münaqişələrdə bir tərəfdə Moskvanın, o biri tərəfdə Vaşinqtonun əli vardı. İkiqütblü bir dünya idi. İndiki Rusiya isə nə iqtisadi, nə də siyasi cəhətdən SSRİ-ni əvəzləyə bilir. İdeoloji cəhətdən isə ümumiyyətlə, Rusiyanın kommunist ideologiyasına qarşı ortaya qoyduğu bir ideologiya yoxdur.
Bu səbəbdən də Rusiya bu potensialına görə “soyuq müharibəni” uzun müddət apara bilməz. Bunun üçün hərbi potensialı da böyük deyil. Faktiki olaraq heç yarım il keçməyib, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı, valyuta çöküb. Bunun üçün hərbi potensialı o qədər deyil”.
Politoloq deyir ki, 25 il əvvəl başa çatan “soyuq müharibə” həm də bu gün üçün ibrətdir. Rusiya liderləri SSRİ-Qərb qarşıdurmasının nəticələrindən ibrət götürməlidir: “25 il əvvələ dönüb baxanda ”soyuq müharibənin” acı nəticələrini xatırlamalıyıq. Kreml dərk etməlidir ki, o qədər güc qarşısında SSRİ “soyuq müharibəni” uduzdu. Hər kəs bilir ki, “soyuq müharibənin” başa çatması SSRİ-nin məğlubiyyəti ilə yadda qaldı. Kreml anlamalıdır ki, bu dəfə də uduzan tərəf Moskva olacaq. Rusiya hegemon siyasətindən əl çəkməli, hansısa formada Qorbaçovun apardığı siyasətə qayıtmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu ölkədə evlərdə siqaret çəkmək qadağan edildi

Next Post

Qubad İbadoğlu növbədənkənar qurultaya hazırlaşır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Qubad İbadoğlu növbədənkənar qurultaya hazırlaşır

Bakıda orta məktəb binası yanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.