"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ötən gün baş verənlərdən sonra Ukraynanın NATO-ya qəbulu heç nəyi dəyişməyəcək…”

01 Oktyabr 2022 - 13:29
in MANŞET

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, Rusiyanın Ukraynanın 4 vilayətini özünə birləşdirməsi Ukraynanın qısa zamanda NATO-ya və Avropa İttifaqına üzvülüyünə yol aça bilərmi?

– NATO deyəndə ABŞ və qismən də Böyük Britaniya başa düşülməlidir. Bu iki ölkə istəsəydi nə 2014-cü ildə, nə də 2022-ci fevralında Rusiya ilə Ukrayna arasında müharibə olmaya bilərdi. Yetərli idi ki, hər iki dövlət Budapeşt Memorandumuna istinad edərək bəyan etsinlər ki, Ukrayna bizə inanaraq nüvə silahlarını Rusiyaya təhvil verib, bizim dövlət ləyaqətimiz və Ukrayna xalqı qarşısında öhdəliyimiz var, ona görə Ukraynanın ərazi bütövlüyünü bütün vasitələrlə qoruyacağıq. Necə ki, bu gün beynəlxalq birlik tərəfindən Çinin ərazisi kimi tanınan Tayvana münasibətdə bunu söyləyirlər. Baxmayaraq ki, Çin bir çox ölçülərə görə Rusiyadan çox güclüdür.

2021-ci ilin iyununda Cenevrədə Putinlə Baydenin görüşünün nəticəsi olaraq bu müharibə başladı. Həmin görüşdə ola bilsin ki, Molotov – Ribbentrop anlaşmasına bənzər bir razılaşma da əldə olunub. Məsələn, Rusiya Ukraynada hakimiyyəti dəyişir (Zelenskinin ABŞ-ın və Britaniyanın təkidi ilə ölkədən çıxmaması bu planı pozdu) Rusiya da hansısa məsələlərdə ABŞ-a mane olmur. Hakimiyyət dəyişikliyi baş verməsə, Rusiya Kırıma quru yol açır, qarşılığında Ukraynanın digər bölgələri Avropa İttifaqına və NATO-ya qoşulur. Rusiyanın ABŞ-a daha hansı məsələlərdə güzəştə getməsini müharibə başa çatandan sonra biləcəyik.

İkinci və az ehtimal olunan variant odur ki, Putin həmin görüşdə Baydeni “dişinə vurur”, onun nəyə qadir olduğunu bir daha yoxlayır və Krımla Rusiya arasındakı ərazilərin Rusiyaya birləşdirilməsinə qərar verir. Birinci ehtimal daha inandırıcıdır. Müharibə başlayanda da demişdim ki, nə vaxtsa Rusiyanın arxivləri açılsa və Baydenin Rusiya agenti olması üzə çıxsa gərək heç kim təəccüblənməsin. 2014-cü ildə də Bayden vitse-prezident idi və Obamanı da o idarə edirdi. Rusiya 8 il Baydenin hakimiyyətə qayıtmasını boş-boşuna gözləməyib.

Müharibə başlayanda olduğu kimi, “referendiumlar” zamanı yenə də Rusiyaya demədilər ki, Ukraynanın ərazilərini özünə birləşdirsən hansı cavab addımları atılacaq. Fakt baş verəndən, yəni dünənki hadisədən sonra Ukraynanın NATO-ya qəbulu heç nəyi dəyişməyəcək. ABŞ Ukraynaya deyəcək ki, atəşkəs elan et, o torpaqlar onsuz da hüquqi baxımdan sizindir. Amma nüvə müharibəsini önləmək üçün bu lazımdır. Xalq da onunla təsəlli tapsın ki, Avropa Birliyinə və NATO-ya sizi qəbul edirik. Gələcəkdə Rusiya dəyişər və siz də torpaqlarınızı qaytararsınız. Rusiya ilə ABŞ arasında anlaşma olubsa Ukrayna NATO-ya üzv olacaq. Kimsə bu zaman etiraz etsə NATO-dan qovula bilər, ya da ABŞ özü NATO-dan imtina edib öz tərəfdarları ilə yeni müdafiə itttifaqı qura bilər. ABŞ-sız NATO heç nədir. Rusiya ilə razılaşma olmayıbsa, yaxud Ukrayna atəşkəsə razılaşmasa ABŞ cırtdanlardan birinə və ya bir neçəsinə deyəcək ki, sən Ukraynanın NATO üzvlüyünı razı olma.

– Zelenski bununla razılaşmasa nə olacaq?

– O zaman Rusiya cəhbə xətti boyunca bir neçə istiqamətdə taktiki nüvə silahından istifadə edib radiyasiya ilə çirklənmiş “təhlükəsizlik zolaqları” yarada bilər. Zelenski gənc və təcrübəsiz olduğundan 2014-cü il ildə baş verənlərdən düzgün nəticə çıxara bilmədi. Bu gün fəxrlə deyir ki, biz Qazaxıstanı, Moldovanı, Gürcüstanı qoruduq, Avropanın təhlükəsizliyini təmin edirik və s. Anlamır ki, onun əsas vəzifəsi Ukraynanın təhlükəsizliyini təmin etmək idi.

– Söylədiklərinizdən bu nəticəyə gəlmək olar ki, Ukrayna böyük itkilərlə üzləşəcək?

– Bəli, artıq üzləşib. Böyük insan itkiləri və dağıntılar baş verib. Amma az ehtimal olunan hansısa hadisələr baş verə bilər ki, proseslər Ukraynanın xeyrinə cərəyan etsin. Məsələn, Rusiyada hakimiyyət dəyişikliyi baş versin və qərbyönümlü bir şəxs hakimiyyətə gəlsin, yaxud ABŞ-da hakimiyyətə daha gənc, cəsarətli, Rusiyadan çəkinməyən və ya onunla işbirliyində olmayan birisi Prezident seçilsin.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bu danışıqlar Ukrayna üçün alçaldıcı təklifdir…”-Politoloq

Next Post

FHN-çilər daha 11 nəfəri xilas etdi – Video

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
FHN-çilər daha 11 nəfəri xilas etdi – Video

FHN-çilər daha 11 nəfəri xilas etdi - Video

Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq

Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.