"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bayramov Mirzoyanla görüşür: Sərhədlərin müəyyənləşdirilməsi gündəlikdə olacaq

01 Oktyabr 2022 - 16:24
in SİYASƏT

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sonuncu dəfə sentyabrın 19-da Nyu-Yorkda görüşüb.
Həmin görüşdən sonra Ermənistanla Azərbaycan arasında dəlimitasiya və demarkasiya olunmamış dövlət sərhədində qarşı tərəfin təxribatları intensivləşdi. Həmçinin Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan Rusiya və Fransa ilə təmasları gücləndirdi. Paşinyan, ölkənin müdafiə naziri Suren Papikyan Fransaya səfər etdilər”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Novruzov FB hesabında bildirib:

“Ermənistan baş naziri bu günlərdə maraqlı bir açıqlama vermişdi. O, bildirmişdi ki, müttəfiqlər Ermənistana vəd etdikləri silahların tədarükünü həyata keçirmirlər. Bu bəyanat müxtəlif cür qiymətləndirilə bilər. Ən real variantlardan biri isə budur ki, Paşinyan növbəti məğlubiyyətlər üçün zəmin hazırlamaq istəyirdi.
Əvvəllər də bildiyimiz kimi, xüsusilə Şərqi Avropadakı müharibə və Qərblə Kreml arasında davan edən gərginlik fonunda İrəvanın işi getdikcə çətinləşir. Paşinyan başa düşür ki, Rusiya tədricən “dalana dirənir”. Əlbəttə, bu, Ermənistan hərbi – siyasi hakimiyyətini narahat edir. Çünki Rusiyanın uduzmağı Ermənistanın Cənubi Qafqazda “çətirsiz” qalması deməkdir. İrəvan regiondakı mövcudluğunu qorumaq üçün Ankara ilə diplomatik münasibətləri bərpa etməlidir. Bunun üçün Bakının şərtlərini yerinə yetirmək, münasibətləri normallaşdırmaq, destruktiv regional siyasətdən uzaqlaşmaq şərtdir.
Ceyhun Bayramovla Mirzoyanın görüşlərindən sonra adətən təxribatlar olsa da, həmin müzakirələr konstruktiv keçir, müxtəlif razılıqlar əldə olunur. Ümid etmək olar ki, oktyabrın 2- də baş tutacaq görüş də bizim üçün uğurlu olacaq. Hər halda bu cür müzakirələr tərəflərin bir – birini anlaması ilə yanaşı, həm də yekun sülh üçün tramplin rolunu oynayır.
Görüşdə nazirlərin sərhədlərin dəlimitasiya və demarkasiya məsələsini, Zəngəzur dəhlizinin perspektivini, həmçinin yekun sülh müqaviləsinin elementlərini müzakirə edəcəyi gözlənilir. Xüsusilə sərhədlərin müəyyənləşdirilməsi məsələsi gündəmdə olacaq. Çünki son hadisələrdən sonra Ermənistan başa düşdü ki, bu proses ən çox onun özünə lazımdır. Beləliklə, oktyabrın 2- də dəlimitasiya və demarkasiya ilə bağlı müəyyən razılıqlarını əldə olunacağı ehtimalı var.
Ümumiyyətlə, düşünürəm ki, yekun sülh müqaviləsinin imzanması yaxın perspektiv üçün realdır. Amma ondan əvvəl sülhə məcbur etmə əməliyyatı baş tutacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Sərhəddə molla rejiminin əleyhdarı olan kürd yaraqlılar silahlandırılır”

Next Post

Koronaya yoluxanların sayı kəskin azaldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ermənistanda koronavirusdan ölənlərin sayı 8 028 nəfərə çatıb

Koronaya yoluxanların sayı kəskin azaldı

Səfirdən Azərbaycan açıqlaması: Yeni başlanğıcdır!

Səfirdən Azərbaycan açıqlaması: Yeni başlanğıcdır!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.