Xerson vilayətində Rusiyaya məxsus Su-25 hücum təyyarəsi məhv edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Hava Komandanlığı məlumat yayıb.
“Oktyabrın 3-də günorta saatlarında Rusiyanın Su-25 hücum təyyarəsi Xerson vilayətinin Berislav rayonunda Cənub Hava Komandanlığının “Xerson” briqadasının bölməsi tərəfindən vurulub”, – məlumatda qeyd olunub.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





