"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bir az da erməniləri ittiham edin

04 Oktyabr 2022 - 12:28
in MÖVQE

“Səhihliyi şübhə doğuran bəlli video ətrafında yaranmış ajiotaj davam edir. Erməni “dördlüyü” – Ermənistan dövləti, erməni diasporu, erməni lobbisi və erməni kilsəsi yayılmış videodan maksimum “fayda” götürməyə çalışır, beynəlxalq qurumlara şikayətlər ünvanlayırlar. Bu dəfə “dördlüyün” beşinci ayağı da var- videoların yayılmasında İran mediası xüsusi canfəşanlıq göstərir. “Cinayate cəng dər Qərəbağ” başlığı ilə ənənəvi və sosial mediada yüzlərlə link paylaşılıb. Üstəlik, bizim pasifistlər də heç bir araşdırma aparmadan verdikt çıxarır, baş verənlərə görə ordumuzu, əsgərmizi qınayırlar”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Xatırladaq ki, “Amnesty International” 2020-ci ilin dekabrında 22- də II Qarabağ savaşı ilə bağlı videoları təhlil etdiyini bildirmişdi. O zaman 11 videoda Ermənistan , 7-sində isə Azərbaycan əsgərlərinin nizamnamədənkənar davranışlara yol verdiyi görünürdü . Videolarda erməni əsgərlər azərbaycanlı əsiri öldürüb nəşini iplə sürüyürdülər. Daha əvvəl Mübariz İbrahimov və Fərid Əhmədovun nəşləri ilə bağlı oxşar davranışlarını “sənədləşdirən” ermənilər o çəkilişləri uzun müddət ordumuza qarşı psixoloji müharibədə istifadə etmişdilər.
“Human Rights Watch” insan haqları təşkilatı isə 2020 – ci il dekabrın 11-də Dağlıq Qarabağ müharibəsində beynəlxalq humanitar hüququn pozulması ilə bağlı iki hesabat yaymışdı. Hesabatın birində Azərbaycan silahlı qüvvələrinin, digərində isə Ermənistan tərəfin yol verdiyi pozuntulardan söz açılırdı.
Bu yaxınlarda Ukrayna beynəlxalq təşkilatlarla necə davranmaq lazım gəldiyinin nümunəsini göstərdi. “Amnesty İnternational” avqustun əvvəllərində dərc etdiyi hesabatda Ukrayna qoşunlarının yaşayış məntəqələrində dislokasiya edilməsi və əsirlərlə bağlı davranışları kəskin tənqid olunurdu.
Prezident Volodimir Zelenski hüquq müdafiəçilərinin Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışdıqlarını bildirdi, bizim liberallardan fərqli olaraq bütün ukraynalı liberallar haqsız tənqidə qarşı birgə mövqe ortaya qoya bildilər. “Amnesty International” əvvəlcə tənqidləri qəbul etməsə də, sonra geri çəkilməyə məcbur oldu. Demək, düşmənin dezinformasiyası da, beynəlxalq təşkilatların qərəzi də ola bilər, amma düşmənin dezinformasiyasına qarşı daha effektiv arqumentlər qoyduqda, bu mövzunu diqqətə aldıqda nəticə əldə etmək olur. Avropa ittifaqınınin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dünən öz rəyinə düzəliş etməsi də bunu sübut edir.
Xəbər verildiyi kimi, video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Azərbaycan tərəfi heç zaman hərbi cinayətləri cəzasız qoymayıb, II Qarabağ savaşı zamanı da hansısa yanlışlar aşkarlananda dərhal reaksiya verib və cəzalar da tətbiq edib.Amma bunu Ermənistan haqda demək mümkündürmü?
II Qarabağ savaşından sonra beynəlxalq təşkilatların təsbit etdiyi hərbi cinayətlərin hansı haqda Ermənistanda rəsmi araşdırma aparılıb? O zaman Qərb mediasına açıqlamalarında erməni rəsmiləri bunu etməyin psixoloji baxımdan mümkünsüz olduğunu , onsuz da savaşı uduzmuş Ermənistan cəmiyyətinin növbəti travma yaşaya biləcəyini deyirdilər. Qəribəsi odur ki, beynəlxalq təşkilatlar da bu yanaşmaya anlayış göstərirdilər.
Deyildiyi kimi, Azərbaycanın əlində əks iddialar üçün kifayət qədər faktlar, görüntülər var. I Qarabağ savaşından sonra isə azərbaycanlı əsirlərlə vəhşi davaranış faktları beynəlxal mediaya da sızıb. Məsələn, erməni general Manvel Qrigorian öz evində azərbaycanlı əsirlər saxlamasını etiraf edir, 15 yaşlı azərbaycanlını əsir götürüb adını dıyişdirməsi ilə öyünürdü: “Müharibədən Ermənistana yüzlərlə əsirlə qayıtdım. Simon adlı əsiri evdə saxlayırdım. Simonun 15 yaşı vardı”(Radio Liberty, 03 noyabr 2014).
Mən bu faktlardan istifadə edib bütün nizamnamədənkənar, beynəlxalq konvensiyalara ziddi istənilən davranışa haqq qazandırlmasının tərəfdarı deyiləm. Amma eyni hala görə Ukrayna və Ermənistan ordularına anlayışla yanaşıb söhbət azərbaycanlı əsgərlərə gələndə onların dərhal cəzalandırılmasının tələb edilməsini də anlamaqda çətinlik çəkirəm.
Cənablar, buyurun, bir az da erməniləri ittiham edin! Xitab həm də bizim pasifistlərə ünvanlanıb”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səfərbərlik Xidmətinə xəbərdarlıq EDİLDİ

Next Post

Mariano Qrossi İrəvanda səfərdədir

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Mariano Qrossi İrəvanda səfərdədir

Mariano Qrossi İrəvanda səfərdədir

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə bir arada – FOTO

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə bir arada - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.