"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycan bizim hüquq və mənafelərimizə xələl gətirəcək heç nə etməz”

04 Dekabr 2014 - 17:03
in MÖVQE

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Özdil Naminin APA TV-yə müsahibəsi2981e3ddee631dc2d35ee03d379c63b6

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

 

– Kipr münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi faktiki olaraq dayanıb. Bundan sonra sizin prosesdə tutduğunu mövqeyiniz necə olacaq?

 

– Biz Kiprin yunan hissəsinin liderini tez bir zamanda danışıqlar masasına əyləşdirmək üçün müxtəlif səylərimizi davam etdiririk. BMT Baş katibinin Kipr üzrə xüsusi müşavirinin fəaliyyətini dəstəkləyirik. Üzərimizə düşən vəzifəni yerinə yetirdiyimizə inanırıq. Yunan hissəsinin liderinin sülh prosesini tərk etməsi qəbuledilməzdir. Beynəlxalq ictimaiyyətdən də yunan liderinə bu hərəkətinin yanlış olduğunu xatırlatmasını xahiş edirik. Ümid edirik ki, qısa zamanda yunan lideri yenidən masa arxası danışıqlara dönəcək. Bütün fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.

 

– Avropa Parlamenti Şimalı Kipr Türk Cümhuriyyəti ilə beynəlxalq daxili sularda Türkiyənin yürütdüyü siyasətin beynəlxalq hüquqa zidd olması barədə qərar qəbul etdi. Bu qərarı necə dəyərləndirirsiniz? 

 

– Biz beynəlxalq hüququ pozduğumuzu düşünmürük. Kiprə məxsus olduğu deyilən iqtisadi zonalar bütün kiprlilərə aiddir. Kiprli türklər də Kiprin bərabərhüquqlu sahibidir. Təəssüf ki, yunanların idarəsi altında olan və dünyanın tanıdığı Kipr cümhuriyyəti kirli türklərin haqlarını gözardı edərək təktərəfli addımlar atırlar. Biz də Türkiyə ilə sazişlər imzaladıq. Türkiyə də o sazişlərə əsaslanaraq bizim tələbimizlə bu bölgələrdə seysmik elmi araşdırmalar aparır. Bu istiqamətdə beynəlxalq hüququn pozulduğunu düşünmürük. Kiprin yunan tərəfi nə qədər ki, təktərəfli addımlar atır, kiprli türklər hüquq və mənafelərini qorumaq üçün öz gücləri ilə bu bölgələrdə araşdırma fəaliyyətlərini davam etdirəcək. Biz yunan tərəfinə dost əlimizi uzatdıq. Təklif etdik ki, federal dövlət formalaşdıraq və bu araşdırmaları federal dövlət bütün Kiprin mənafeyi naminə həyata keçirsin. Amma yunan tərəfin lideri müzakirə masasına belə əyləşmədi. Əgər əhatəli həlli gözləyə bilmiriksə, gəlin bu gündən etimadı artırmaq məqsədilə ortaq bir komitə formalaşdıraq və hüquq və mənafelərə qarşılıqlı hörmət çərçivəsində yanaşaq. Təəssüf ki, bu təklifimiz də rədd edildi. Kimsə bizim əl-qolumuzu sallayıb oturacağımızı, yunanların birtərəfli addım atmasını izləyəcəyimizi gözləməsin.

 

– Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də bu araşdırmalarda iştirakı barədə fikirlər irəli sürülür. Bu nə dərəcədə realdır? 

 

– Azərbaycan bizim qardaş ölkəmizdir. Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və mənafelərinə xələl gətirəcək heç nə etməz. Kiprli türklər oradakı araşdırma fəaliyyətləri ilə bağlı gələcəkdə Azərbaycanın yardımına ehtiyac duya bilər. Lakin bu məsələ hazırda gündəmdə deyil. Əgər belə bir şey olarsa, azərbaycanlı qardaşlarımızla bir masa arxasına əyləşib, müzakirələr apara bilərik. Görülə biləcək işlərlə bağlı qərarlar müştərək şəkildə verilə bilər. Yunan tərəfini dəstəkləyən kifayət qədər ölkə var. Bizim də dost və qardaş olduğumuz ölkələr var. Bunlar qarşılıqlı dialoqla qərar veriləcək mövzulardır. Amma hazırda dediyiniz məsələ gündəm mövzusu deyil.

 

– Şimal Kipr Türk Cümhuriyyəti ilə Azərbaycanın bugünkü münasibətlərini necə dəyərləndirirsiniz? 

 

– Bizim Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Bakıda da təmsilçiliyimiz var. Bu münasibətlərin gələcəkdə daha da irəliləyəcəyinə inanırıq. Azərbaycandan daha çox tələbəni Şimali Kiprdə görməyi arzu edirik. Daha çox turistin ölkəmizə gəlib, vaxt keçirməsini istəyirik. Azərbaycanlı iş adamlarının bura sərmayə qoymasını arzulayırıq. Biz Azərbaycanla biri-birimizi qardaş gözündə görürük. Bu münasibətlərin artaraq davam etməsi üçün də hər cür səy göstəririk.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Moskvada Azərbaycan diplomatının 100 minlik maşını oğurlandı

Next Post

Türkiyə Nazirlər Kabinetində atışma

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Türkiyə Nazirlər Kabinetində atışma

Sabah hava necə olacaq?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.