"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyev “sərhəd missiyası” ilə hansı gedişi edir?

07 Oktyabr 2022 - 13:31
in MÖVQE

“Praqa bəyanatında ən vacib məqamlarından biri sərhədlə bağlıdır: razılaşmaya görə, Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərəcək.
Bu, Avropanın və Ermənistanın maraqlarına uyğun bənd kimi görünür”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Qərb bu missiya ilə bölgədə iştirakçılıq payını artırır və Rusiya qarşısında güc balansını müəyyən qədər təmin edir;

Ermənistan bu missiya ilə sərhədin delimitasiyasında istəyini təmin edə biləcəyini hesab edir: Rusiyanın təsirini azaldır; delimitasiyanın SSRİ xəritələri ilə müəyyən edilməsinin gündəmdən çıxarmaq və Azərbaycanın bu xəritələrə əsaslanaraq, sərhəd xəttini hərbi müstəvidə bərpa etməsi perspektivinin qarşısını almaq imkanı qazana bilər;
Bu, Azərbaycanın sərhədlə bağlı planına uyğun görünmür və “Bakı niyə buna getdi” sualını yaradır.
Burada Bakının hansı gediş etdiyi və nə planlaşdırdığına diqqət etmək lazımdır.
Birincisi, Azərbaycan son sərhəd insidenti zamanı nəzarəti bərpa etdiyi mövqelərdən geri çəkilmir: bəyanatda bununla bağlı heç bir qeydin olmaması sərhəd döyüşlərində əldə edilən nəticələrin buna görə Bakıya ən çox təzyiq edən Qərbdə qəbul edildiyi deməkdir;
İkincisi, “sərhəddə monitorinq missiyası” Azərbaycan yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək: Əliyev missiya ilə Azərbaycan ərazisinə daxil olmadan əməkdaşlıq etmək məsələsində razılaşıb;
Bu məqamın siyasi proseslərə təsir edəcəyi aydın görünür:

Bakı Avropanın istəklərini müəyyən qədər nəzərə almaqla yanaşı, müşahidə missiyasını öz ərazisinə qoymamaqla Rusiyanın da maraqlarını nəzərə aldı;

Ermənistan Avropanı öz ərazisində, həm də bölgədə Rusiyaya rəqib kimi gətirir və bu, Moskvanın maraqlarına qarşı ciddi gedişdir;

Rusların İrəvana qarşı Azərbaycanın maraqlarının nəzərə alındığı gediş edəcəyi perspektivi güclənir;
Əliyev Qərbin Azərbaycana qarşı cəbhə almasına imkan vermir, Rusiyanın Ermənistana qarşı cəbhə almasına zəmin yaradır.
Və proseslərin mümkün inkişafında birinci istiqaməti – İrəvan-Moskva qarşıdurmasını formalaşdırır.
Bunun fonunda ikinci istiqamət – Rusiyanın Ermənistana təsir imkanlarının zəifləməsi perspektivi də var. Bakı bu perspektivdə də sərhədin delimitasiyasının Ermənistanın istədiyi kimi olması imkanlarını zəiflədir.
a) Aİ və Fransanın “mülki missiyası” bölgədə davamlı yox, maksimum iki ay müddətində qalacaq və əsas işi delimitasiya-demarkasiya komissiyasına kömək etməkdir: Bakının komissiyanın gündəliyinə daxil etdiyi sərhədin SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipi dəyişmir;
b) Azərbaycanın maraqları nəzərə alınmasa, rəsmi Bakı öz ərazisində fəaliyyət göstərməyən missiya ilə əməkdaşlıqdan imtina imkanını özündə saxlayır;
c) Azərbaycan və Ermənistan Praqa bəyanatında BMT və Alma-Ata bəyannaməsinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü tanısa da, bu, sərhədin delimitasiya edilməsi qarşısında ciddi əngəl deyil: delimitasiyadan sonra ərazilər beynəlxalq sənədlərdə sərhəd müqaviləsinə uyğun təspit edilə bilər;
Beləliklə, Bakı Qərb cəbhəsini neytrallaşdırır, Moskva-İrəvan qarşıdurmasına zəmin yaradır və Rusiya-Qərb toqquşmasını “müşahidə missiyası”nın yerləşəcəyi Ermənistan ərazisinə köçürür”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

XİN-dən Fransanın xarici işlər nazirinə cavab

Next Post

Kəlbəcər və Daşkəsəndə minalar belə məhv edildi – Video

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Kəlbəcər və Daşkəsəndə minalar belə məhv edildi – Video

Kəlbəcər və Daşkəsəndə minalar belə məhv edildi - Video

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.