"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputat: “Əliyevlə-Ərdoğan tandemi qürur və inam hissi yaşatdı”

07 Oktyabr 2022 - 14:17
in GÜNDƏM

“Avropa Siyasi icması klubunun sammiti çərçivəsində Azərbaycan, Fransa, Avropa İttifaqı şurasının Prezidentləri, İlham Əliyev, Emmanuil Makron, Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Ağır keçən müzakirələrin yekunu olaraq, səslənən bəyannamədə, tərəflərin BMT nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyan 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini təsdiq edirlər.
Alma-Ata bəyannaməsi, keçmiş SSRİ-n 12 respublikası tərəfindən imzalanmışdır. Bu isə, o deməkdir ki, Ermənistanla yanaşı, Avropa liderləri də Azərbaycanın, Qarabağ daxil ərazi bütövlüyünü, tanıyır və sülh danışıqları, Prezident İlham Əliyevin təklif etdiyi 5 prinsip əsasında aparılacaqdır”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az-ın məlumatına görə bu barədə millət vəkili Nəsib Məhməliyev FB hesabında qeyd edib:

“Sənəddə diqqət çəkən məqamlardan biri, Ermənistanın Azərbaycanla sərhəddə Avropa İttifaqının missiyasının fəaliyyətə başlamasına razılıq verməsidir. Aİ-n missiyasının Ermənistana buraxılması, Fransanın Cənubi Qafqaza daxil olması, Paşinyanın Qərbə yönəlik siyasətinin davam edəcəyini göstərir. Çətin ki, onun davranışları, ənənəvi müttəfiqi Rusiya Federasiyası tərəfindən müsbət qarşılansın. Bu baxımdan, düşünürəm ki, qonşu ölkədə müəyyən sürprizlərin baş verməsi mümkündür.
Prezident İlham Əliyev isə, tam haqlı olaraq, belə bir missiyanın ölkə daxilində fəaliyyətinə razılıq vermədi. Sadəcə, ölkəmizin milli maraqları çərçivəsində, sözügedən missiya ilə əməkdaşlığın mümkünlüyünü bildirdi. Çünki, həmin Fransanın da üzvü olduğu Minsk qrupunun bədnam fəaliyyətini Azərbaycan xalqı unutmayıb. Faktdır ki, İstənilən xarici dövlətin və yaxud beynəlxalq təşkilatın müdaxiləsi, suveren hüquqların məhdudlaşdırılması deməkdir. Ermənistanın isə, müstəqil dövlət olmaması, çoxsaylı xarici aktorlardan asılı olduğu heç kimə sirr deyil.
Avropa İttifaqının sammiti, Azərbaycanın diplomatik qələbəsi, sülh istiqamətində atılmış növbəti addım kimi qiymətləndirilməlidir.
Sammitdə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Prezident İlham Əliyev tandemi dostlarımıza qürur, inam hissi yaşatdı. Birmənalı demək olar ki, sammitin yüksək səviyyədə keçməsinin əsas səbəblərindən biri də, sentyabr ayının 12-13-də erməni təxribatlarına verilmiş cavab idi. Paşinyan başa düşdü ki, arxayın olduğu Qərbin müəyyən dairələri belə, ƏlAHƏZRƏT faktın qarşısında acizdir.
Praqa görüşləri bir daha göstərdi ki, mövcud şəraitdə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əvəz olunmaz müttəfiqdir. Prezident İlham Əliyev etibarlı, stabil, sözü ilə əməli üst-üstə düşən və müstəqil siyasət aparan prinsipial Liderdir. Onun, kimliyindən, hansı fövqəldövlətin rəhbəri olmasından asılı olmayaraq, hər zaman milli maraqları müdafiə etmək bacarığı, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir güneyli fəal həbs edildi – Foto

Next Post

Hərbçimiz vəfat etdi

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
MN: İstismar müddəti başa çatmış silahların utilizasiyası davam edir

Hərbçimiz vəfat etdi

5G üçün zəruri olan tezliklər hazırda kimə məxsusdur ?

5G üçün zəruri olan tezliklər hazırda kimə məxsusdur ?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.