"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Deputat: “Ermənistan rejimi məsuliyyətə cəlb olunmalıdır”

07 Oktyabr 2022 - 16:52
in MÖVQE

“Şanlı Azərbaycan Ordusu tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin gedişində erməni faşizminin başını əzdi.
Lakin bu qəddar rejimin otuz il ərzində ölkəmizin işğal altında olan ərazilərində törətdikləri vəhşiliklərin əks-sədası hələ neçə illər eşidilməkdə davam edəcək. Hər yeni gün Ermənistanın hərbi-siyasi rejiminin yeni qanlı cinayətinin üstü açılır. Görəsən niyə dünyanın və Avropanın “demokratiya carçıları” hələ də bu tükürpədici faktlara göz yummağa çalışırlar? Bunun yeganə məntiqi səbəbi yenə də ikili standartlar siyasəti və beynəlxalq hüququn artıq yalnız yüksək kürsülərdən səsləndirilən boş şüarlarda öz ifadəsini tapmasıdır.”

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov FB hesabında qeyd edib.

Deputat bildirib: “Erməni faşizminin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərin tarixi artıq yüzilliklərlə hesablansa da, son otuz il ərzində, işğal olunmuş Azərbaycan ərazilərində törədilən vəhşiliklər xüsusi qəddarlığı ilə seçilib. Təkcə Xocalı faciəsi bütün bəşəriyyəti sarsıda biləcək faktlarla o qədər zəngindir ki, həmin faktlar əsasında sonsuz sayda cinayət işi açıla bilər. Həm də bu faktların danılmaz həqiqət olduğunu təsdiq edən şahidlər arasında bir çox beynəlxalq təşkilatların, nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri də kifayət qədərdir. Hələ on bir il bundan əvvəl Qarabağ Azadlıq Təşkilatı tərəfindən ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqda hazırlanmış “Xocalı faciəsi şahidlərin gözü ilə” adında sənəddə İngiltərənin “Frant line news” teleşirkətinin əməkdaşı Rori Patriksin bu ifadələri yer almışdı: “Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”. Fransanın “Le Mond” qəzetində 14 mart 1992-ci il tarixdə dərc olunmuş materialda isə bu cümlələri oxumaq olar: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər”. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”. Bu sənəd həmin vaxt BMT Təhlükəsizlik Şurasına, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına göndərilsə də, ya bu cinayətləri törətmiş Ermənistanın həmin beynəlxalq təşkilatlardan çıxarılması, ya da bəşəriyyət əleyhinə olan bu qanlı cinayəti bilavasitə planlayan və həyata keçirən şəxslərin cəzalandırılması istiqamətində indiyədək heç bir addım atılmayıb. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir. Məhz elə bu cəzasızlıq mühiti də erməni faşistlərinin öz vəhşiliklərini sonrakı illərdə də amansızlıqla davam etdirmələrinə zəmin yaratdı. Bu gün isə biz həmin vəhşiliklərin dəhşətli nəticələrini bir-bir aşkar edirik.”

K.Qafarov bildirib : “Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıq erməni vəhşiliklərinin növbəti sübutudur. Məlumdur ki, bu yaxınlarda Şuşa rayonunun Daşaltı kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində də kütləvi məzarlıqlar aşkar edilib. Bu məzarlıqlarda aşkar olunan meyidtlərin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunur. O cümlədən Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqda 1993-cü ildə Azərbaycan Ordusunun hərbi qulluqçuları olması ehtimal edilən əsir düşmüş və sonradan milli zəmində öldürülmüş 25 şəxsin kütləvi dəfn edilməsi ehtimal edilir. Ermənistan hökuməti bu əməlləri ilə Cenevrə Konvensiyasının maddələrini kobud şəkildə pozmuşdur. Edilli kütləvi məzarlığında aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı faktının məlum olması ilə erməni faşistlərinin vəhşi xisləti bir daha bütün dünyaya nümayiş etdirildi. Bu cinayətlər qətiyyən cəzasız qalmamalıdır.
Azərbaycan Ordusu döyüş meydanında bütün şəhidlərimizin qanını düşməndən aldı. Lakin bu cinayətlərin təşkilatçıları hələ də cəzalandırılmayıblar. Əgər beynəlxalq təşkilatlar bundan sonra da Ermənistan hökumətinin məsuliyyətə cəlb olunması istiqamətində lazımı addımlar atmazlarsa, bu, Cənubi Qafqazda erməni faşizminin yenidən dirçəlməsi üçün zəmin yarada bilər”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentdən təklif: Bakı, Tiflis və İrəvan…

Next Post

Koronaya yoluxanların sayı azaldı

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Koronaya yoluxma halları niyə artır? – Səbəbi açıqlandı

Koronaya yoluxanların sayı azaldı

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başladı – Foto

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başladı - Foto

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.