Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb.
Elchi.az-ın məlumatına görə, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb.
Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.
Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb.
Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir.
Digər klublarımız “100-lük”dən uzaq qərarlaşıb. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 380-cidir.
Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.





