"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya qazı Türkiyənin nəyinə lazımdır?

05 Dekabr 2014 - 10:22
in İQTİSADİYYAT
Rusiyanın “Cənub axını”ndan imtina etməsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Bu mövzu haqqında çox yazılsa da, Türkiyənin bu prosesdə roluimg1695194 hələ kifayət qədər işıqlandırılmayıb.
Regionda ən nüfuzlu ölkələrdən biri olan Türkiyə Bəşşar Əsədlə mübarizədə ABŞ-ın etibarlı, müntəzəm strateji müttəfiqidir. Bundan başqa, Türkiyə “İslam dövləti”, İran və Avropa arasında təbii bufer rolunu oynayır.
Bütün bunlar Ankaraya bəzi hallarda tərəfdaşlarına qarşı ehtiyatsız davranmağa imkan verir. Davam edən Türkiyə-İsrail “qarşıdurması” məhz bununla izah edilir. Ankara Rusiyaya öz ərazisindən qaz kəməri çəkməyə icazə verməklə məhz belə davrandı.
Lakin Türkiyənin qətiyyətinə və onun enerjidaşıyıcılar üzrə tranzit ölkə deyil, tədarükçü olmaq istəyinə baxmayaraq, bu layihə bir çox suallar doğurur.
Ən əsas məsələ bu boru kəmərini kimin tikəcəyidir. Hazırda Türkiyə dövlət şirkətləri vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü layihələrində iştirak edir. Bu layihələr sırasında “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi və nəhayət, TANAP qaz kəməri var. Bu layihələrdə Türkiyənin payının maliyyələşdirilməsi çoxmilyardlı investisiyalar tələb edir. Ankaranın, həmçinin milyardlarla investisiya tələb edən Rusiyanın layihəsinə hansı vəsaitləri qoymağı planlaşdırması hələ aydın deyil. Əgər Rusiya qaz kəmərinin tikintisini tam üzərinə götürərsə, boru kəməri də ona məxsus olacaq. Çox güman ki, Türkiyə bununla heç vaxt razılaşmayacaq.
Türkiyənin Rusiyadan almaq niyyətində olduğu qazın həcmi ilə bağlı suallar yaranır. Bu ölkə 2012-ci ildə 41,4 milyard kubmetr qaz istehlak edib. 2013-cü ildə bu göstərici 38 milyard kubmetrədək azalıb. Çox güman, bu il analoji göstərici qeydə alınacaq.
Məsələ ondan ibarətdir ki, Türkiyə Rusiyadan almaq istədiyi 14 milyard kubmetr qazla neyləyəcək? Nəzərə almaq lazımdır ki, Türkiyədə qaz istehlakının həcmi azalıb və 2018-ci ildən əlavə olaraq 6 milyard kubmetr Azərbaycan qazı əldə etməyə başlayacaq. Əgər bu həcmi Rusiya qazına əlavə etsək, Türkiyənin yaxın illərdə əldə edəcəyi (20 milyard kubmetr) qaz həcmi bu ölkənin hazırda istehahlakının təqribən yarısını təşkil edəcək.
Bununla belə, bu ölkədə yaxın illərdə istehlakın 50 faiz artımını gözləmək real deyil.
Rusiya qazının Avropa ilə sərhədlərə çıxarılması vacib məqamdır. Avropa İttifaqı Rusiyanın satacağı qazı almayacaq. Deməli, Türkiyə onun tədarükçüsü ola bilər.
Bununla yanaşı, Avropanın həmişə ehtiyatla davrandığı Ankaranın belə layihələrin reallaşdırılmasında təcrübəsi yoxdur. Lakin Azərbaycanın belə bir təcrübəsi var. Hazırda Avropada Bakını tanıyır və ona etimad göstərirlər. Alternativ tədarüklərin təşəbbüskarı olduğu Azərbaycan artıq Avropa ölkələri ilə danışıqlar aparıb. Transanadolu qaz kəmərinin seçilməsinədək Azərbaycan qazının tədarükünün əsas istiqaməti qismində bir neçə marşrut, o cümlədən “Nabucco” boru kəməri nəzərdən keçirilirdi. Azərbaycan bütün bu layihələrin qiymətləndirilməsini aparıb, onların tərəfdaşlarını, reallaşdırmanın şərtlərini və imkanlarını, zəif və güclü tərəflərini bilir. Və Bakının belə təcrübəsi istənilən qazın Avropaya çatdırılması üçün uğurla istifadə oluna bilər. /Trend/

 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ANS mənə növbəti namərdliyini yapdı…

Next Post

UEFA Krım klubları ilə bağlı qərarı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

UEFA Krım klubları ilə bağlı qərarı

"AVRO-2020"nin seçmə mərhələsi mart-noyabrda keçiriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.