“Putin bu yaxınlarda elan etdi ki, MDB məkanındakı konfliktlərin həlli üçün tədbirlər planı hazırlamaq lazımdır.
Putin MDB-ni itirməmək üçün rıçaqlar qazanır və “sülh modelini” Moskva mərkəzli edir ki, Qərbin təsirləri zəifləsin”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“MDB etnik konfliktlər coğrafiyasıdır, yəqin ki, Rusiya əsas hədəf kimi indi Özbəkistana, Tacikistana, Qırğızıstana, Gürcüstana, eləcə də Moldovaya vurğu edir.
Putin üçün Azərbaycan-Ermənistan münasibətləri konflikt olmaq potensialını itirib, lakin Azərbaycan Kreml başçısının postulatından nəticə çıxarıb preventiv tədbirlərini gücləndirməlidir”.
Şayəstə




