“Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı raket hücumu gözlənilən idi. Krım körpüsü vurulduqdan sonra Moskva üzünü qorumaq üçün Ukraynanın mülki infrastrukturunu hədəf alıb. Rusiya rəhbərliyi anlamır ki, bu Qərbin Rusiyaya qarşı strateji savaşıdır. Ukraynaya qarşı raket hücumları Moskvanın leyhinə dəyişməyəcək. Savaş daha da genişlənib, Ukraynaya uzaq mənzilli silahların silahların verilməsi ilə nəticələnəcək”.
Elchi.az-ın məlumatına görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Ukraynanın hədəfi Rusiyanın digər əraziləri ola bilər. Bu müharibədə Qərbin strateji planı V. Putini hakimiyyətdən devirmək və Rusiyada hakimiyyətə liberal kəsimi gətirməkdir. Həmçinin Rusiyanın beynəlxalq güc iddialarını neytrallaşdırmaqla iddiasız bir dövlət şəklinə almaqdır.
Ukrayna qoşunları hücumları davam etdirəcək. Krım və Donbasda uzaq olmayan perspektivdə işğaldan azad olunması hədəfdədir. Rusiya Ukraynaya hücum etməklə formalaşmış beynəlxalq imicini dağıtmaqla məğlub oldu.
Rusiya strateji tələyə salınıb və məharətlə Rusiyanın zəifləməsi işi həyata keçirilir. Rusiya buna aqressiv olaraq Ukraynaya qarşı total raket zərbələri ilə cavab verir”.
Yeganə





