“Canlı qüvvə yoxdursa və raketlərlə vurulan ərazidə şəxsi heyət yerləşdirə bilmirsənsə, atəşlər hərbi üstünlük məzmunu qazandıra bilmir. Rusiya Kiyevin atəşə tutulması ilə siyasi kontentlərlə üstünlük əldə etmək niyyətindədir. Ancaq bir neçə raket zərbəsinə görə Ukrayna qoşunlarının müqavimət ruhunun sarsılacağı inandırıcı gəlmir”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“Rusiya raket atəşlərini intensivləşdirsə, bu, Ukraynanın cəbhədəki uğurlarını ləngidəcək və ya geriləmə olacaq. Qərb Rusiyanı, Rusiya Ukraynanı, Ukrayna isə Rusiyanı əzici yorğunluğa məruz qoymaq istəyir. Rusiya Qərbin Ukraynaya silah təminatı kanallarını kəsməyə çalışır. NATO isə Moskvanı məğlubiyyətə uğratmaq üçün Ukraynaya hərbi dəstək paketini genişlətmək çağırışı ilə qarşı-qarşıyadır, lakin nüvə silahlarının tətbiqi ehtimalları fonunda NATO-nun da riskə getmək istəməməsi görünür”.
Yeganə





