“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Qərblə Moskva açıq-gizli təmaslarla danışıqlar aparıblar, burada təəccüblü bir şey də yoxdur”.
Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib.
Onun sözlərinə görə, hətta belə razılıq da olmuşdu ki, ABŞ kəşfiyyatı Rusiyanın yüksək rütbəli zabitlərinin mövcud olduğu ərazilərin koordinatını Ukraynaya verməsin:
“Bu informasiya demək olar ki, öz təsdiqini tapdı, həmin məlumatlardan sonra rus generallardan kiminsə öldüyünə dair informasiyalara rast gəlinmədi.
Lakin tərəflər təhlükəsizlik qayğıları məsələsində razılığa gəlmə bilmədi. İndi isə Qərb ölkələri ilə Rusiya arasında yeni danışıqlar baş tuta bilər. Rəsmi açıqlamalardan anlaşılır ki, hazırda yeni formatlı danışıqlar üçün ümumi razılıq əldə olunub.
Həmin ana qədər isə hərb meydanında Rusiya öz, Ukrayna isə həm özünün, həm də NATO-nun əlini bərkidə biləcək nailiyyət qazanmaq üçün əlindən gələni edəcək”.
Şayəstə






