“Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynaya deyil, bütün dünyaya müharibə elan edib”.
Elchi.az bildirir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətinin tərkib hissəsi yeni planda “SSRİ” bərpası idi. Bu plan suya düşdüyünə ən əsası tələyə saldığından aqressivləşir. Quru qoşunları Ukraynada darmadağın edilib. Kütləvi raket hücumlari ilə istədiyi nəticəni əldə etməsi mümkün deyil. Rəsmi Kiyev həm də kollektiv Qərb Rusiya ilə danışıqlara getməyəcək.
Belarusun müharibəyə qoşulması, Polşanın bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamasına gətirib çıxara bilər. Şərqi Avropa ölkələri Qərblə Rusiya arasında cəbhə və döyüş meydanı olması mümkündür. Xüsusilə, Belarus prezidenti Aleksandr Lukaşenko ağılsız hərəkət edərsə, xalqın növbəti mərhələdə ayağa qalxması ilə nəticələnər”.
Şayəstə




