"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“ABŞ İranla nüvə danışıqlarında təzyiqedici arqumentlərini bərkitmək üçün…”

11 Oktyabr 2022 - 11:53
in MÖVQE

“İrandakı idarəetmə əleyhinə yönələn etirazlar ölkədə kritik böhranlı vəziyyət həddinə çatmasa da, proseslərin ardıcıllığı və sistemli hal alması ictimai-siyasi sferadakı təhlükəsizlik dayaqlarını laxladır və Tehranın onsuz da problemli xarici siyasətini əlavə risklərlə yükləyir.
İslam Respublikasında davam edən anti-rejim etirazları ölkədəki əvvəlki iğtişaş və mitinqlərlə qarşılıqlı mənəvi əlaqə kimi inkişaf etsə, bu, ümumxalq etirazların dozasını çoxaldacaq”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“İranda teokratik quruluşa qarşı etirazlar və iğtişaşlar üç regionda – ölkənin şimal-qərb, cənub qərb və cənub-şərq bölgələrində – fəal səviyyədədir. Bir az konkretləşdirsək, iğtişaşlar 11 vilayət üzrə 16 şəhərdə tüğyan edir.
İrandakı ərəblər, bəluclar və kürd silahlı qrupları anti-rejim mitinqlərini özlərinin gündəmlərini gücləndirmək üçün istifadə edirlər ki, bu da kənar aktorlara İslam Respublikasına təzyiq üçün dəyərli fürsətlər verir.
Ehtimal vermək çətin deyil ki, ABŞ İranla nüvə danışıqlarında təzyiqedici arqumentlərini bərkitmək üçün həmin etnik amillər zənciri ilə iğtişaşları gücləndirmək və qızışdırmaq taktikasına üstünlük verə bilər. İsrailin isə məntiqi bir qədər fərqlidir, Təl-Əviv ümumiyyətlə Tehranla hər hansı nüvə sazişinin imzalanmasının əleyhinədir.
İrandakı qara buludlar ABŞ-ın Hərbi Doktrinasında qiyam üçün müəyyən edilmiş həddə yaxınlaşmaq potensialına qədər irəliləyir ki, bu da Vaşinqtonun proseslərdə İsraili də qabaqlayaraq önə çıxmasına münbit şərait yaradır.
Hərçənd ki, İranda coşan ictimai emosiyaların müəlliflərinə çevrilmək cəhdləri hakimiyyətin ali kürsüsü uğrundakı mübarizənin ruhu ilə paralellik təşkil edən bir sindrom halına gəlir”.

A.Kərimovun sözlərinə görə, İranın təhlükəsizlik qüvvələrinin etirazçılara olan münasibətindəki tonun gah barışdırıcı, gah da dağıdıcı nota köklənməsi də hakimiyyətdaxili fikir ayrılıqlarının düsturunu ortaya qoyan bir nümunə sayıla bilər:

“Daxildəki ictimai-siyasi istəklərlə xarici güc amillərinin sərhədləri bir-birinə qarışsa da, iğtişaşların batini cəhətlərini gün işığına çıxarmadan proseslərə geniş baxış bucağı sərgiləmək olmaz.
İranda İslam İnqilabından sonra seçkili teokratik monarxiya sistemi formalaşsa da, ölkədə rasional plüralist diskursların səsi boğulub və ölkə əhalisi qalaqlanan qəzəbini küçələrə tökür.
Etirazların mərkəzində əsasən orta təbəqə dayanır ki, onların da hakimiyyət daxilində generallardan tutmuş din xadimlərinə qədər himayədarları var.
Onlar etiraz edən təbəqəni özləri üçün hakimiyyət pillələrində qalxmaq vasitəsinə çevirir, lakin ortada SEPAH kimi gücün dayanması həm aksiyaçılar, həm də onların dövlət daxilindəki hərəkətverici qüvvəsi üçün problemlər yaradır.
İrandakı İslam İnqilabı ideologiyasına sadiq radikal hərbi-siyasi qanad isə ümumiyyətlə vətəndaş cəmiyyətinə sosial sistemin bir hissəsi kimi baxmır və onun ictimai birliyin inkişafındakı vasitəçilik roluna məhəl qoymur.
Radikal qanad özünün elit obrazını qorumaq üçün qapalı dairədir, lakin onların sifəti İranda artan etiraz ritmi fonunda getdikcə açılır.
Gözlənilir ki, İranda etirazların miqyası genişlənəcək və ölkədəki xaotik bir vəziyyətin yaranması üçün böyük idarəçilər tərəfindən ssenarilər hazırlanacaq.
Bunun hansı formalarda təzahür edəcəyi və ssenarilərin necə işləyəcəyi isə sual altındadır, hələlik görünən budur ki, İrandakı aksiyaların xarici dirijorlar tərəfindən yönləndirilməsi üçün ümumi bir yanaşma mövcuddur”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ bu sənədin məxfiliyini pozdu: “Zəngəzur dəhlizi…”

Next Post

G7-nin növbədənkənar iclası bu gün keçiriləcək

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
G7-nin növbədənkənar iclası bu gün keçiriləcək

G7-nin növbədənkənar iclası bu gün keçiriləcək

Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir

Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.