"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin Qırğızıstan səfərinə dair NƏTİCƏLƏR

11 Oktyabr 2022 - 15:30
in GÜNDƏM

“Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər etdi. Dövlət başçısının budəfəki trafiki Avropa ilə Asiya arasındakı diplomatik fəallıq kontekstini simvolizə edir.
Bundan əvvəl Əliyev Praqada “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak etmişdi ki, bu, Bakının Qərblə münasibətlər çərçivəsinin genişlənəcəyini göstərir”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:

“Əliyevin Türk Dövlətləri Təşkilatı ailəsinin üzvü olan Qırğızıstana getməsi Mərkəzi Asiyada uğrundakı hibrid müharibənin artması və regiona yeni təhdidlərin sıçraya bilməsi fonunda diqqət çəkir.
Əliyevin məqsədi budur ki, gələcək əməkdaşlıq və inteqrasiyanı araşdırmaq üçün yeni formullar müzakirəyə çıxarılsın və əldə edilən razılıqlar TDT-nin inkişafına töhfələr versin.
TDT ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Rusiya və Çinin yaranan boşluğu doldurmaq üçün yarışa girdiyi, Qərbin isə Mərkəzi Asiyaya diqqətinin artdığı bir zamanda güc qüvvələri arasında tarazlaşdırıcı əhəmiyyət qazanır.
Amma hər şey hamar getmir, belə ki, TDT-nin iqtisadi, hərbi-siyasi potensiallar zənciri bu təşkilata olan meyilləri artırsa da, yedəyində risklər də gətirir. Böyük güclərin məramı bundan ibarətdir ki, TDT onlardan birinin tərəfində yer alaraq yeni formalaşan dünya nizamında töhfəverici mənbələrdən birinə çevrilsin.
TDT-nin aşkar və gizli fəaliyyət dairəsinin sərhədləri Türkiyə və Azərbaycanın siyasəti ilə ərsəyə gəlir və Qazaxıstan da həlledici həlqə kimi bu zəncirə əlavə olunub. Özbəkistan və Qırğızıstan isə bir qədər passivdir, Türkmənistana gəlincə, o, neytrallıq prinsipi ilə müşahidəçilik statusuna üstünlük verməkdə davam edir.
TDT-nin beynəlxalq münasibətlər sistemində bərkiməsi üçün onun ideoloji əsasları da həlledicidir, ən uyğun ideya isə türkçülük və onun yüksəlişini təmin etməkdir.
Ancaq yuxarıda qeyd etdiyimiz səbəb, yəni qlobal oyunçuların TDT-ni öz tərəflərinə cəlb etmək cəhdləri fonunda sual yaranır: türkçülük Avrasiya mərkəzli, yoxsa Avroatlantik mərkəzli anlayışlarla inkişaf edəcək?
Suala cavabı iqtisadi-siyasi parametrlərlə tapmaq olar. Türk dövlətlərinin Asiyadan Avropaya gedən ticarət marşrutunun mərkəzində dayanması istər Rusiyanı, istər ABŞ-ı, istər Britaniyanı, istərsə də Çini türkçülük ideologiyasına qarşı duruş sərgiləməmək mövqeyinə gətirir.
Yəni qütbləşmədəki tərəflər TDT-nin ideoloji bazası səbəbilə dərin narahatlıqlar içərisində deyillər, TDT-nin siyasi istiqamətləri bütün oyunçuların maraqlarının mərkəzində dayanan məsələlərlə əlaqələndiriləcək.
Ancaq TDT daxilində yer alan Qırğızıstanla Özbəkistanın bir-birinə olan soyuq münasibəti, əlavə olaraq Qırğızıstanın TDT üzvü olmayan Tacikistanla ərazi münaqişəsi əngəllər seriyalarını uzadır.
Türkiyə isə Mərkəzi Asiyaya tuşlanan baxışların neytrallaşdırılıb TDT məqsədləri ilə uzlaşdırılması üçün mühüm oyunçuluq missiyasını Azərbaycanın artan əhəmiyyəti ilə birlikdə icra edir.
İlham Əliyev həm ikitərəfli münasibətləri müzakirə edəcək, həm də TDT daxilindəki inkişaf meyllərində Bişkekin üzərinə düşəcək vəzifələri danışıqlar masasına daşıyacaq.
Qırğızıstanın Tacikistanla yaşadığı münaqişə və Özbəkistanla nahamar münasibətləri TDT-nin aparıcı üzvü kimi Türkiyə və Azərbaycanı narahat etməyə bilməz və mümkündür ki, Bakı-Ankara harmoniyası Bişkek üçün şifahi də olsa sülh modeli təqdim edir.
İlham Əliyevin səfərinə dair NƏTİCƏLƏR:

  1. Əliyev TDT-nin təşkilati, iqtisadi-siyasi, hərbi-siyasi əməkdaşlığının dərinləşdirilməsinə yönəlik addımlar atır və bu addımları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla uzlaşdıracaq.
  2. TDT-nin risklərdən sığortalanan təhlükəsiz alternativ olması üçün Azərbaycanla Türkiyə xüsusi fəallıq göstərir, Qazaxıstan həmin təşəbbüsdə xüsusi rola yiyələnir.
    Özbəkistan da yeni zəncirdə praktiki təşəbbüskara çevriləcək. Əliyevin Qırğızıstana səfəri həmin formulların konturlarının mövcud və perspektiv dünya nizamı kontekstində cızılmasının göstəricisidir.
  3. TDT bitərəf platforma rolunda inkişaf edəcək “Həm Rusiya, həm Qərb, həm də Çin” devizini öz fəaliyyətinin mərkəzində tutacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“NATO qoşunları Ermənistan sərhədlərinə gələcək, sonra da…”

Next Post

Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı?

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı?

Rusiya Qərbin onu Qafqazda sıxışdırmasına sakit yanaşacaqmı?

Ölkəmizdə Tiktok və Teleqram bağlanıb? – Nazirlik açıqladı

Tiktok açılıb? - Nazirlikdən açıqlama

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.