"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Komitədən məcburi köçkünlərin etirazına – Reaksiya

12 Oktyabr 2022 - 12:40
in SOSİAL

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qurumun inzibati binasının qarşısında məcburi köçkünlərin səsləndirdiklərə etirazlara münasibət bildirib.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Dövlət Komitəsindən Elchi.az-a verilən məlumata görə, həmin şəxslərin müraciətləri ilə əlaqədar araşdırma aparılıb.

Qeyd olunub ki, etirazçılardan biri – Şuşa şəhərindən məcburi köçkün Gülşən Səid qızı Sədirzadə 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib.

Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.

Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.

Digər etirazçı – Ağdam rayonundan məcburi köçkün Hacıyeva Şəbnəm Telman qızının tək ana olması və müvəqqəti məskunlaşma yerində pis şəraitdə yaşaması, özünün ağır xəstə olması nəzərə alınaraq Dövlət Komitəsi tərəfindən ona Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində birotaqlı mənzil təqdim olunub. Həmin mənzil 2017-ci ildə Füzuli rayonundan məcburi köçkün Elgün Məzahir oğlu Əmirova müvəqqəti məskunlaşma üçün verilib. Lakin o, həmin mənzildə yaşamayıb və onu qeyri-qanuni şəkildə başqa şəxslərə kirayəyə verib. Bu səbəbdən Dövlət Komitəsi ilə Elgün Əmirov arasında bağlanmış kirayə müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Mənzil boşaldıb Ş.Hacıyevaya təqdim edərkən isə əvvəlki məcburi köçkünün qohumları buna mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, hazırda mənzil qanuni olaraq Ş.Hacıyevaya veriləcək, Dövlət Komitəsi tərəfindən onun mənzildə yerləşdirilməsi təmin ediləcək.

Bir daha xatırladırıq ki, məcburi köçkünlərin onlara verilən mənzillərdən mövcud qaydalara uyğun istifadə etməsinə nəzarət Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən həyata keçirilir, müntəzəm monitorinqlər, baxış-yoxlama tədbirləri təşkil olunur. Mövcud qanunvericiliyin pozulması halları aşkar edildikdə, məcburi köçkünə əvvəlcədən xəbərdarlıq olunmaqla, bağlanmış müqaviləyə xitam verilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əliyevin Bişkek səfəri: Çin mənşəli layihə canlandırılır…

Next Post

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
XİN-dən ermənilərin “güllələnmə səhnəsi”nə SƏRT REAKSİYA

ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

ABŞ Bakı və İrəvan danışıqlarında aktivləşir

ABŞ Bakı və İrəvan danışıqlarında aktivləşir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.