"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakı Frasanın vasitəçiliyindən niyə imtina etməlidir?

12 Oktyabr 2022 - 17:00
in MÖVQE

“Fransa senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini müzakirəyə çıxaracaq: sanksiya qərarı olarsa belə, bunun praktiki tətbiqinin reallaşması ehtimalı azdır, xüsusilə Bakının Avropanın enerji təminatında rolunun heç olmadığı qədər artması fonunda
Lakin bu məsələ Fransanın Azərbaycana qarşı münasibətini yenidən gündəmə gətirir və bu ölkənin ümumiyyətlə Bakı-İrəvan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirakını sual altına salır”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Makronun son dövrlər Mişelin formalaşdırdığı Brüssel formatını ələ keçirməyə çalışması da bu kontekstdə diqqətçəkən məqamdır.
Müharibədən sonra Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində Qərb cəbhəsinin aktivliyi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin timsalında ön plana çıxdı: Brüssel formatında 4 görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub:

  • Sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması;
  • Bakı-İrəvan xəttində XİN rəhbərləri səviyyəsində birbaşa təmasın qurulması;
  • Sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s;
    Brüssel formatının ön plana çıxdığı vaxt Makron masada peyda oldu və aydın görünür ki, təşəbbüsü mənimsəməyə çalışır. Və burada Yelisey sarayının həm geosiyasi, həm regional maraqları var:
    Birincisi, Aİ-yə hazırda rəhbərlik edən ölkə kimi ön plana çıxmaq;
    İkincisi, rəsmi Brüsselin hazırladığı formatı ələ keçirməklə Cənubi Qafqazda bu yolla təsir gücünü artırmaq;
    Üçüncüsü, geosiyasi proseslərdə aparıcı oyunçu olduğunu sərgiləmək və Cənubi Qafqaz üzərindən Rusiya ilə “bazarlıq” imkanı qazanmaq;
    Dördüncüsü, təbii olaraq, Ermənistanın maraqlarını müdafiə etmək;
    Paşinyanın əsas ümidi də Makrondur və Praqa görüşündə Fransanın təsiri ilə “çox şeyə nail” olacağını hesablayırdı.
  1. Sərhədə gələcək mülki missiyanın Azərbaycan ərazisində də yerləşməsi;
  2. Kommunikasiyanın açılması məsələsinin Ermənistanın maraqları kontekstində bəyanatda əksini tapması;
  3. Qarabağdakı ermənilərin “statusu”na zəmin yaradacaq məsələlərin müzakirəsi;
    Əliyev bu oyunun qarşısını aldı, Praqa bəyanatının mətni də bunu təsdiqləyir:
  • Mülki missiyanın Azərbaycan ərazisinə daxil olmasına imkan verilmədi;
  • Kommunikasiyanın açılması məsələsi bəyanata daxil edilmədi və bununla Zəngəzur dəhlizi 10 noyabr razılaşmasına uyğun aktuallığını saxladı;
  • Qarabağ məsələsi daxili işimiz olaraq ümumiyyətlə müzakirə edilmədi;
    Lakin bəllidir ki, Fransa müxtəlif yollarla Azərbaycana qarşı planlarını davam etdirir və rəsmi Parisin niyyətinin nə olduğu da məlumdur:
  • Sərhədin Ermənistanın maraqlarına uyğun müəyyən edilməsi;
  • Kommunikasiyaların İrəvanın istədiyi formada açılması;
  • Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmə” məsələsinin ön plana çıxması və s;
    O zaman sual yaranır: Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə keçirilən görüşlərdə niyə iştirak etməlidir?!
    Fransa son 30 ildə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir, 44 günlük müharibədə Makron Paşinyan qədər işlədi, müharibədən sonra Azərbaycana qarşı bütün proseslərdə bu ölkə yer alır, qondarma “status” məsələsindən əl çəkmir. Və bu ölkənin indiyə qədər olduğu kimi, bundan sonra da Bakı-İrəvan münasibətlərində iştirakçı olması yalnız Ermənistan maraqlarının qorunmasına xidmət edəcək.
    Bu baxımdan, rəsmi Bakı Fransanın “vasitəçiliyindən” də, Makronun iştirak etdiyi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş görüşlərdən də imtina etməlidir. Əliyev niyə iki Paşinyanla danışıq aparmalıdır ki?!”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Pfizer” rəsmisindən ŞOK ETİRAF: “Koronavirus peyvəndləri sınaqdan keçirilməyib”

Next Post

Bayden Zelenskiyə xəbərdarlıq etdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bayden Zelenskiyə xəbərdarlıq etdi

Bayden Zelenskiyə xəbərdarlıq etdi

“Prezidentin Qazaxıstana səfəri türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir”

"Prezidentin Qazaxıstana səfəri türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.