“Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən illik, rüblük bülletenlərlə və gömrük statistikası ilə tanış olub, bir az baş işlətmək yetərlidir ki, Səfər Mehdiyevin gömrükdə çıxartdığı hoqqalardan agah olasan”.
Elchi.az bildirir ki, bu barədə Araşdırmalar və Təhlillər İctimai Birliyinin sədri İsmayıl Nadirxanlı FB hesabında bildirib:
“Saytda ən çox İxrac olunan malların statistikası illəri və ayları ilə, miqdarı və qiyməti ilə birgə paylaşılıb. Gəlin görək, indi Cənab Mehdiyev bizləri necə aldadıb?
Bəzi mallar var ki, onlar çəki cəhətdən bir balaca yüngül, qiymət cəhətdən isə xeyli bahadır. Ümumiyyətlə öncə onu deyim ki, ölkəmizdən xaricə ixrac olunan meyvə tərəvəz və neft, qazla bağlı statistikaya baxmaq mənasızdır. Çünki ilk ağıla gələn onlardır və orada maxenasiyalara yol verilmə riskinin çox olmamasını da bilirik.
Fotodagördüyünüz statistic bülleten Gömrük Komitəsinin rəsmi səifəsində yer alıb. Belə ki, 2020-ci ildə yanvar ayının statistikasına görə, AZOT gübrası 2020-ci ilin 9 ayı ərzində Azot Gübrəsi yəni başqa sözlə desək, karbamit, 58 min tondan çox, gübrə ixrac edilib. 2021-ci ilin 9 ayının statistikasına görə isə, bu rəqəm təxminən 4 dəfə artıb. Nə az nə çox 200 min ton.
Qiymətlər üzərindən hesablama aparsaq, 2020 -ci ildə Azot gübrasinin yəni SOCARın istehsal etdiyi Karbamitin 1 tonu 148 dollara satılırdısa, bu rəqəm bu il rəsmiləşdirilən qiymət 249 dolları keçib. Yəni hər tonda 102 dollar fərq var.
Siz elə bilirsiz ki, bu cür bir məhsul, dünya bazarında bu qədər ucuzdur? Yox, gəlin sizə xarici analitik informasiya mənbələrinin yazdıqları statistic rəqəmlərlə tanış edim.
Bu məhsulun keçən il üçün qiyməti 450 dollardan baha olub.
Dövlətin rəsmi informasiya agentliklərindən hesab olunan Trend İnformasiya Agentliyi də hətta təsdiqləyir ki, Karbamitin qiyməti 415-420 dollar arasında dəyişir. https://az.trend.az/business/3458305.html
Socar bu məhsulu bir çox ölkəyə satır. Bəs görəsən bu ölkələrin rəsmi statistkaları nə deyir? Onlar həqiqətəndəmi bizdən bu qiymətə Azot gübrəsi alır? (2-ci foto)
Məsələn Serbiya bizdən Azot Gübrəsinin 1 tonunu 2021-ci il üçün 607 dollara alıb.
Avropa ittifaqı isə 385 dollara bu məhsula sahib ola bilib.
Azərbaycan gömrüyünün açıqladığı rəsmi statistikalar isə bizə heç də elə demir axı…
Bir Azot gübrəsindən, Səfər Mehdiyevin cibinə gedən pul, təxminən hər tonuna görə, 200dollara yaxındı. Bunu da ümumi statistika üzrə hesablasaq, Cənab Mehdiyevin təkcə Karbamit üzərindən qazancı nə az nə çox, 20 milyondan çoxdur”.
Şayəstə





