"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli sükunət-Fazil Mustafa yazır

13 Oktyabr 2022 - 14:24
in MÖVQE

“İllərdir gördüyüm mənzərədir. Avropa Şurasının qarşısında yaradılmış təhlükəsizlik zolağında Kürd Fəhlə Partiyasının (PKK) təbliğat kampı qurulmuş. Terrorçu Öcalanın portretlərini asmışlar, imza toplamaq üçün masa qoymuşlar, kürdcə mahnılar oxuyurlar, siyasi şüarlar səsləndirirlər. Onların tələbi qardaş Türkiyəyə qarşıdır, illərdir həbsdə yatan terrorçu liderlərinə azadlıq istəyirlər”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az bildirir ki, bu barədə millət vəkili Fazil Mustafa FB hesabında qeyd edib:

“Bədbəxtlər, özləri də fərqində deyillər ki, kürd xalqını bu qədər mənasız məcaraya sürükləməsəydilər, daha çox inkişaf edərdilər, Türkiyənin daha güclü dövlət olmasından ən çox bəhrənələrdilər. Bu gün də onlarla yanaşı bir məkanda toplaşmış ukraynalı qadın və kişilərin səsləndirdiyi kədərli mahnıları dinlədim. Onlar da plakatlar qaldırıb, şüarlar səsləndirib Rusiyaya qarşı tədbir görülməsini istəyirlər. İnsaf naminə deyək ki, Avropa ölkələri görə bildiyi qədər tədbir görmüş, Ukraynaya açıqca dəstəyini əsirgəməmişlər. Bundan artığını necə edə bilər, gerçəkdən düşündürücüdür. Burada gürcülərin də rəssam tərəfindən çəkilmiş təbliğat materialları var. Bir üzdə iki sifət- Stalin və Putin rəsmi neçə illərdir ki, Avropa Şurasının binasına tərəf boylanır. Gürcülər də Abxaziyanın və Cənubi Osetiyanın rus işğalından azadlığını istəyirlər. Bir neçə il öncə bizimkilər də bura gəlirdilər. Avropa Şurasının binasına boylanıb Azərbaycan üçün demokratiya tələb edirdilər. İndi bizimkilər daha çox binanın içində çalışırlar, görüşürlər, ölkədə demokratiyanın boğulmasından, azadlığın olmamasından bəhs edirlər. İnsafən içərisində Qarabağ məsələsinə həssaslıq göstərənlər, görüşlərdə Azərbaycanın mövqeyinin haqlı olduğundan danışanlar da var. Bir də içəridə İran müxalifətinin xalq mücahidləri qolunu qaynaşdığını görürsən. Hamının qarşısına sənəd uzadıb imzalamasını istəyirlər. Bunlar da vaxtilə şah rejiminə qarşı mollalarla bir səngərdə savaşmış mücahidlərdir. Uzun illərdən bəri mühacirətdə yaşamaq əzabını daşıyaraq mollaların süpürüb atılmasını istəyirlər. Bu il Avropa Şurasının binasında sayları da bir neçə dəfə artmış, görünür İranla bağlı burada aktiv siyasət yürüdülməsi prosesi gedir. Xüsusilə də İranın Ukraynanı vurmaq üçün Rusiyaya insansız uçuş vasitələri verməsi ciddi qınağa tuş gəlməkdədir. Ermənilər isə fransızlarla və digər özlərinəbənzər avropalılarla usanmadan və deyərdim ki, görünməmiş həyasızlıqla işləyirlər. Hər yerdə, hər sənəddə erməni barmağı özünü büruzə verir. Təsəvvür edin ki, 30 ildir bir ölkənin torpağını işğal edəsən, bunun tozunu üstündən çırpıb Azərbaycanı işğalçı dövlət kimi tanıtmağa çalışasan, bu həyasızlığı ancaq erməni edə bilər. Təbii ki, cavabları verilir, həm nümayəndə heyətimiz tərəfindən, həm də çox gərgin və keyfiyyətli çalışan Avropa Şurasındakı səfirliyimiz tərəfindən. Preventiv addımlar da öz təsirini göstərir. Bu dəfə də Avropa Şurasında Azərbaycan əleyhinə heç bir qərar qəbul edə bilmədilər. Səbəbi açıq söyləmək olar: ölkə prezidentinin Praqada atdığı peşəkar diplomatik addımlar idi. Oradakı danışıqlar Avropanın siyasi qafasını müvəqqəti olaraq yenidən reallığa qaytardı. İndi ikinci erməni dövləti olan (heç şübhəsiz üçüncü erməni dövləti İrandır) Fransa Senatda Azərbaycan əleyhinə çıxaracağı qərarla, öz vasitəçiliyini legitimləşdirməklə bizi yıpratmağa çalışdır. Fransa prezidenti Makron da bütün siyasi tərbiyə sərhədlərini aşaraq açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, utanmadan Qarabağı mübahisəli ərazi sayır və burada ruslarla azərbaycanlıların əlbir olduğunu vurğulayaraq Fransanın hərbi gücünü bölgəyə soxuşdurmağa təşəbbüs edir. Bunları niyə yazıram? Hər kəs bir az da Vətənimiz Azərbaycana dönüb dünya məkanından baxsın. Bu gün dünya başını itirib. Burada hayqıran ukraynalı deputatların ürək ağrısı ilə dinlədiyimiz çıxışlarınına qarşı ancaq mənəvi təsəlli dəstəyi verilir. Ukraynanın məğrur lideri Zelenskinin də kədərli çıxışını on-line formatda dinləyənlər qalxıb alqışlamağa həqiqətən səmimi borc kimi baxırlar burada. Lakin burada hamı aydın görür ki, kimsə hələlik Rusiyanın dayandırmaq imkanında deyil. Xalq qəhrəmancasına döyüşür, siyasi hakimiyyət ləyaqətlə dövlətin müstəqilliyini qoruyur və Ukraynada da hər kəs anlayır ki, hər şey sahədə həll olunur. Savaşın bədəlini Ukrayna xalqı ödəməlidir və ödəyir. Bu xalq, əlbəttə məğlub olmayacaq, belə bir iradə ilə müstəqilliyini qoruyacaq, dünyanın verdiyi dəstəyi daha ağıllı şəkildə sahəyə yönəltsələr, bu böyük faciədən qurtula biləcəklər. Ancaq dağıdılmış gözəl məmləkətin, mənəvi aurası alt-üst olmuş, uzun illər mühacir həyatı yaşayacaq milyonların arzularının ardıcıllığını pozulması hesabına, həyatının bitməsi hesabına”.

Deputatın sözlərinə görə, Azərbaycan dövlət olaraq böyük bir tarixi problemi əsasən həll edib:

“Sərhəddə möhkəmlənmişik, yolları çəkmişik, minalarıın çoxunu təmizləmişik, hava limanları tikmişik, şəhərləri bərpa edirik, az sayda da olsa köçkünlərimizi bölgəyə köçürmüşük, torpağın real sahibiyik. Lakin azərbaycanlıların bir çoxu hələ də öz dövləti ilə problemlərini həll edə bilmirlər. Umduqları, narazı qaldıqları, ədalət axtardıqları bu dövlətdən həm də İran ayətullahları və fransız ermənisi Makron da narazıdır. Ayətullah Makronun son çıxışları vaxtilə Aqanbeqyanın çıxışı kimi nəticəyə yönəlmiş proqram xarakteri daşıyır. Bu proqramı dağıtmaq üçün sadəcə dövlətimizin inamla yürüdüyü yolu dağıtmamaq lazım. Makronun çıxışı göstərir ki, hələ müharibə qurtarmayıb, ancaq nədənsə bizlərin çoxunun qafasında bitmiş bu savaş, çoxumuz rahatlıqla məşhur filmdə olduğu kimi dövlətin qarşısına keçib “pulumu verin!”, “haqqımı verin!” deməyə tələsirik. Bəlkə hamını tam qane edən şəkildə olmasa da, öz imkanları ilə bunu da səmimi şəkildə edir Azərbaycan dövləti. Haqq, ədalət, hüquq olacaq, həm də o halda olacaq ki, öz ərazisinin hər qarşında sözü keçən dövlət olsun!
Avropa Şurası Fransanın gözəl şəhərlərinin birində yerləşir. Həm də demokratiyanın simvolu sayılır. Demokratiyanın simvoluna yer vermiş dövlət isə işğalçı, vəhşi ermənilərə qahmar çıxır. Nə qədər istəyirsiniz buradan demokratiya haqqında qətnamə götürə bilərsiniz, ancaq reallıqda bizdən kimsə demokratiya istəmir, sadəcə işğalçıya qarşı sükunət istəyirlər!
Ancaq bizə sükunət başqa yerdə lazımdır: Torpaqlar tam azad olunanadək, sonuncu erməni ram edilənədək dövlətdən umacaqlara, narazılıqlara ağıllı və milli bir sükunət!
Bu tarixi zamanı siyasi itkisiz adlamalıyıq, əfəndilər!”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İraqda hökumət binasına raket hücumu edildi

Next Post

“Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir, ancaq…”

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
“Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir, ancaq…”

"Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir, ancaq..."

İlham Əliyev Rəisi ilə görüşdü

İlham Əliyev Rəisi ilə görüşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.