Musiqi və incəsənət məktəblərində bəzi müəllimlər tədris olmadığı halda maaş alıblar.
Elchi.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəllim və şagirdlərin davamiyyətinin yoxlanılması üçün hər bir məktəbdə barmaq izləri ilə bağlı cihazlar quraşdırılıb:
“Bunun nəticəsində həmin məktəblərdə şagirdlərin və müəllimlərin dərsə gəlib-getməsi prosesinə nəzarət ediləcək. Həmçinin bu nəzarət digər bir problemin aradan qaldırılması da deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...





