“Putin Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib: Uşakov Moskvanın bu istəyini öncədən açıqlamışdı, Qərb cəbhəsinin Bakı-İrəvan xəttində təşəbbüsü ələ alması, rusların geriyə düşməsi də rus torpaqlarında üçtərəfli görüşün təşkil ediləcəyi gözləntisini artırırdı”.
Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında bildirib:
“Böyük ehtimalla Putin görüşü yaxın günlərdə təşkil etməyə çalışacaq, çünki Praqa razılaşmasına uyğun olaraq Aİ-Fransa Ermənistana “mülki missiya” göndərilməsini sürətləndirir və Rusiya buna qədər təşəbbüsü yenidən ələ almaq istiqamətində addımlar atacaq.
Sülh sazişi üzərində iki cəbhənin mübarizəsi regionda prosesləri yeni eskalasiyaya qədər apara bilər”.
Şayəstə




