Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilədə Qarabağın Azərbaycandan kənarda qeyd olunması sülh sazişinin pozulmasına səbəb ola bilər.
Elchi.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sualına cavab olaraq deyib.
“Mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı sənəddə belə bir qeydin olacağını düşünmürəm. Çünki bu, əks təsir göstərə bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Ərazilərin göstərilməsi isə mümkün sülh müqaviləsini yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə çevirəcək”, – spiker bildirib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




