Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkədə münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
“Xüsusi nümayəndələrimiz 4 dəfə görüşüblər. Bundan sonrakı toplantılar Türkiyə və ya Ermənistanda olacaq”, – Çavuşoğlu bildirib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





