“İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır: SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir”.
Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:
“Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir:
Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu: sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır;
İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var: İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir;
Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil”.
Yeganə




