Siyasi şərhçi Asif Nərimanlı Prezident İlham Əliyevin Astanada MDB iclasında iştirakı və çıxışları barədə fikirlərini bildirib. A.Nərimanlı bu barədə şəxsi Feysbuk hesabında paylaşım edib.
Elchi.az həmin paylaşımı təqdim edir:
“Əliyev Astanada Paşinyan və Putinin də iştirak etdiyi MDB iclasında 10 noyabr razılaşmasının 4-cü və 9-cu bəndi icra edilməyəcəyi təqdirdə, adekvat tədbirlər görüləcəyinin anonsunu verdi.
- Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tamamilə çıxarılması razılaşmaya uyğun həyata keçirilməsə, anti-terror əməliyyatı keçiriləcək;
- Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlanacaq: Əliyevin “Azərbaycan üçtərəfli razılaşmanın bütün müddəalarını yerinə yetirir, o cümlədən, Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir” sözləri də Zəngəzur dəhlizinə imkan verilməyəcəyi təqdirdə adekvat addımın məhz Laçın dəhlizində atılacağını deməyə əsas verir;
Bu, həm də üçtərəfli razılaşmaya imza atan Putinə də ünvanlanıb”
Yeganə




