"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki… – XİN

15 Oktyabr 2022 - 14:05
in SİYASƏT

Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan birinci dəfə deyil ki, Ermənistan rəsmilərinin tamamilə əsassız, yalan məlumatları ilə üzləşir:

“44 günlük müharibə zamanı Ermənistan tərəfinin yalan və saxta məlumatlarla ictimaiyyəti yanıltmaq cəhdlərinin nə ilə nəticələndiyini yaxşı xatırlayırıq. Bildiyiniz kimi, 12-14 sentyabr tarixli toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə bağlı rəsmi məlumat Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısının alınması zamanı 80 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçularımız barədə məlumatı tam açıq və adbaad siyahının göstərilməsi ilə təqdim edir və bu siyahı Müdafiə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların dəfn mərasimləri böyük izdihamın, ictimaiyyət nümayəndələrinin, o cümlədən dövlət rəsmilərinin iştirakı ilə keçirilir, KİV tərəfindən geniş işıqlandırılır. Bir daha vurğulamaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin hərbi qulluqçularının itkiləri ilə bağlı təqdim etdiyi məlumatlar heç bir şübhə doğura bilməz”.

“Görünən odur ki, Ermənistan rəsmiləri yalan məlumatlar yaymaqla, manipulyasiyalar yolu ilə cəmiyyətdə mövcud olan narazılıqlara, xüsusilə də övladlarını itirən qəzəbli valideynlərə təsir etmək istəyir. Ordusunun səriştəsizliyini ört-basdır etmək istəyən, ölkədaxili gündəmi eybəcər üsullarla dəyişməyə çalışan Ermənistan rəsmiləri nəhayət anlamalıdır ki, birinci növbədə öz ölkələrində sabitliyi təmin etmək üçün təxribatlardan çəkinməli, qonşu ölkələrlə normallaşma və sülh istiqamətində konkret addımlar atmalıdırlar. Bunun başqa yolu mövcud deyil”, – L.Abdullayeva əlavə edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukrayna ordusu Xersona hücuma keçməyə çalışır

Next Post

Zakir Həsənov döyüş hazırlığı üzrə məşğələləri izlədi

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Zakir Həsənov döyüş hazırlığı üzrə məşğələləri izlədi

Zakir Həsənov döyüş hazırlığı üzrə məşğələləri izlədi

Su kəmərində qəza: yolda hərəkət bərpa olundu

Su kəmərində qəza: yolda hərəkət bərpa olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.