Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Elchi.az Report-a istinadən xəbər verir ki, rayon ərazisində 3 avtomobilin iştirakı ilə başvermiş zəncirvari avtomobil qəzası zamanı, 1967-ci il təvəllüdlü Mayıs Bağırov dünyasını dəyişib.
Daha 5 nəfər- 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1963-ci il təvəllüdlü Xumar Əhmədova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov və 2017-ci il təvəllüdlü D.Əhmədova xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...





