Ukrayna hökuməti qonşu ölkələrdəki diplomatik kanallar vasitəsilə İran üçün bütün mövcud logistika dəhlizlərinin dayandırılması üzərində işləyir.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya deyib.
“Kamikadze dronları sayəsində Rusiya terrorçu mahiyyətini göstərdi. Bütün bunlar yalnız onların məğlubiyyətini sürətləndirir. Onlar heç vaxt başa düşmədilər ki, müharibədə terror qalib gəlmir. İrana gəlincə, biz artıq qonşu ölkələrdəki diplomatik kanallar vasitəsilə bütün mövcud logistika dəhlizlərini dayandırmaq üçün işləyirik”, – o bildirib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




