Yeyskdə Su-34 təyyarəsinin qəza səbəbi texniki nasazlıq olub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“Hadisə yerindən reqistratorlar götürülüb, pilotlar və aerodrom personalı dindirilir”, – məlumatda deyilib.
Qeyd edək ki, dünən Rusiyanın Su-34 təyyarəsi Krasnodar vilayətinin Yeysk şəhərində qəzaya uğrayıb. Təyyarənin yaşayış ərazisinə çırpılması nəticəsində 13 nəfər ölüb, 19 nəfər isə yaralanıb.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




