"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yanaşma eyni olmalıdır”

18 Oktyabr 2022 - 13:40
in SİYASƏT

Qüdrət Həsənquliyev: “Hər hansı vəzifəli şəxsi seçən xalqdırsa, xalq müəyyən etməlidir ki, həmin şəxs vəzifədə, hakimiyyətdə nə qədər qala bilər”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Hörmətli Sahibə xanım! Dövlət müstəqilliyinin bərpa olunması ilə əlaqədar olaraq mən də sizin təbriklərə qoşuluram. Müzakirə olunan məsələ ilə bağlı onu demək istəyirəm ki, hörmətli Əli Hüseynli ətraflı məlumat verdi, bizim komitədə layihə geniş müakirə olunub və hamılıqla plenar iclasa tövsiyə edilib”.
Elchi.az Xalqcəbhəsi.az -a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, layihə çox mütərəqqidir və mütərəqqi dəyişikliklər nəzərdə tutulub: “Amma biz komitə iclasında məsələ qaldırdıq, Əli Hüseynli dedi ki, qanunvericilik təşəbbüsünün subyekti ilə bu məsələləri müzakirə edəcək. Biz, Konstitusiyaya sonuncu 3-cü dəyişiklikdən sonra yaş məhdudiyyətini aradan qaldırmışıq. Amma Ombudsman haqqında qanunda hələ də o məhdudliyyətlər nəzərdə tutulur ki, ombudsman 30 yaşdan yuxarı olmalıdır. Ombudsman iki dəfə seçilməlidir. Amma biz Prezidentlə də, Baş Prokurorla da bağlı məhdudiyyəti aradan qaldırmışıq. Yanaşma eyni olmalıdır. Yəni hər hansı vəzifəli şəxsi seçən xalqdırsa, xalq müəyyən etməlidir ki, həmin şəxs vəzifədə, hakimiyyətdə nə qədər qala bilər. Yaxud onu Preizident, Milli Məclis təsdiq edirsə, yenə də Prezident və Milli Məclis müəyyən edə bilər ki, ona neçə müddət etibar etmək olar.
Hesab edirəm ki, bu məsələni hörmətli Əli müəllim müvafiq dövlət orqanları qarşısında qaldıracaq və bu, öz həllini tapmalıdır”.
Millət vəkili əlavə edib ki, digər bir məsələ məhkumluqla bağlıdır: “Əvvəllər məhkumluq məsələsi çıxarılır və harada məhkumluğu olan, xüsusilə ağır cinayətlərə görə, məhkum olan şəxs Milli Priventiv qrupun üzvü ola bilməz, eləcədə ombudsman seçilə bilməz. Yəni bu müddəa öz əksini tapır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, 44 günlük müharibə dönənəmimdə ombudsman çox fəal idi. Həqiqətən də ombudsman özünün beynəlxalq əlaqələrindən istifadə edərək erməni faşistlərinin törətdiyi cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında çox ciddi şəkildə iştirak etdi. Həm də müharibədən sonrakı dönəmdə də bu fəaliyyət davam etdirildi. Bunu qeyd etmək lazımdır. Həmkarım Etibar Əliyev qeyd elədi ki, hesabatda bir uşağın bağçaya düzəldilməsi öz əksini tapmamalıdır. Hesabatda digər pozuntularla bağlı da kifayət qədər məlumatlar var. Hesab edirəm ki, müvafiq dövlət orqanları həmin pozuntuların aradan qaldırılması istiqamətində ciddi işlər görməlidirlər. Mənim yanaşmam belədir ki, bir uşağın bağçaya düzəlməsi ən ciddi məsələdir. Ona görə ki, uşaqların təhsili bağçadan başlayır. Bəlkə də həmin uşaq gələcəkdə prezident, nazir, deputat olacaq. Azərbaycanı tanıdan bir alim olacaq və s. Ona görə də hər şey oradan başlamalıdır. Bu mənə bir lətifəni xatırlatdı. Bir gün bir zəngin insan məscidə dua etməyə gedir. Görür ki, bir kasıb insan Allahdan 100 manat istəyir. Cibindən 100 manat çıxarıb həmin insana verib deyir ki, 100 manata görə Allahı narahat etmə. Mən bura milyonların xahişini etməyə gəlmişəm. İndi ola bilsin ki, bir uşağın bağçaya düzəlməsi kiçik, əhəmiyyətsiz məsələ ola bilər. Amma mən düşünürəm ki, ombudsman bu kimi məsələlərə diqqət yetirməkdə çox haqlıdır. Mən bunu xüsusi olaraq qeyd etmək istəyirəm. Bir də burada qanuna əlavə edirik. Orada da qeyd etdim ki, ombudsman yanında Milli Piventiv qrupun üzvləri 3 il müddətinə təyin olunurlar. Məncə, ombudsman kimi onlar da 7 il müddətinə seçilməlidir. Bir də onların işinə mane olmağa görə, qanunda birbaşa yazılmalıdır ki, cinayət məsuliyyəti nəzərədə tutulur. Belə ki, onların fəaliyyətinə 5-10 dəqiqə mane olmaq böyük bir cinayətin ört-basdır olmasına gətirib çıxara bilər. Ona görə də mən hesab edirəm ki, bu məsələ də qanunda öz əksini tapmalıdır. Bütün dəyişiklikləri mütərəqqi hesab edirəm, həmkarlarımı da layihəyə səs verməyə çağırıram”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlıların Fransaya etirazı Avropa mediasında gündəm olub

Next Post

Bakıda səfirlik qarşısında piket: Vətəndaşlar Fransaya od püskürdü – FOTOLAR

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Bakıda səfirlik qarşısında piket: Vətəndaşlar Fransaya od püskürdü – FOTOLAR

Bakıda səfirlik qarşısında piket: Vətəndaşlar Fransaya od püskürdü - FOTOLAR

Qərb Rusiya ordusunu məhv edəcək – Fedorov

Qərb Rusiya ordusunu məhv edəcək - Fedorov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.