Ankarada Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan liseyin binası sökülüb.
Elchi.az Teleqraf.com-a istinadən xəbər verir ki, liseyin şagirdləri hazırda müvəqqəti olaraq başqa binada oxuyurlar.
Məktəbdən verilən məlumata görə, söküntüyə səbəb zəlzələyə davamlı olmayan binanın uçmaq təhlükəsi ilə üzləşməsidir.
Yeni binanın inşası 2023-cü ilin büdcəsində nəzərdə tutulub. Bina tikiləndən sonra liseyin yenə də Rəsulzadənin adını daşıyacağı güman edilir.
Qeyd edək ki, Ankarada yerləşən Məhəmməd Əmin Rəsulzadə liseyi 1993-1994-cü təhsil ilindən etibarən fəaliyyət göstərib.
Məktəb Ankaranın Keçiören rayonunun Fethiye Kemal Mumcu Anadolu liseyindən və digər bölgələrdən gələn 483 şagird, iki idarəçi və 4 müəllimlə birlikdə fəaliyyətə başlayıb, hazırda Türkiyənin paytaxtında təhsilinin keyfiyyətinə görə ikinci yerdədir. Hazırda liseydə 605 şagird, üç idarəçi və 52 müəllim çalışır.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...




