“Ukrayna İranla diplomatik münasibətlərə son qoymağı düşünür”.
Elchi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Kiyev Rusiyaya pilotsuz uçuş aparatları satan İranın terrora sponsorluq edən dövlət kimi tanınmasını beynəlxalq təşkilatlardan istəyəcək. Kiyev bu məqsədlə BMT, NATO, ATƏT kimi təşkilatlara müraciət hazırlayır. Tehran hələ də Rusiyaya dron satmadığını və ya nəyinsə əvəzinə vermədiyini bildirir. Halbuki, Ukrayna ordusu həmin dronların qalıqlarını toplamaqla məşğuldur. Rusiya həmin dronları böyük ehtimalla Xəzər üzərindən daşıyıb”.
Yeganə





