Fransa və ABŞ İkinci Dünya Müharibəsi zamanı fransız dəmir yolu şirkəti tərəfindən köçürülən Xolokost qurbanlarına görə kompensasiya
ödəmək məsələsində razılığa gəliblər.
Axar.az xəbər verir ki, tərəflər 60 milyon dollarlıq kompensasiya fondunun yaradılmasını qərara alıblar.
Sözügedən kompensasiyanı isə həmin vaxt faşistlərə xidmət edən fransız SNCF şirkəti ödəyəcək.
Qeyd edək ki, ABŞ rəsmiləri müharibə zamanı fəaliyyətinə görə SNCF şirkəti ilə olan müqavilənin ləğvini tələb etmişdi.
Xolokost zamanı həmin şirkət tərəfindən həbs düşərgələrinə 76 mindən çox yəhudi daşınmışdı.



