"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“ABŞ hegemonluq siyasətinin məzmununu saxlasa da…”

19 Oktyabr 2022 - 13:05
in MÖVQE

“ABŞ-ın Yaxın Şərqdəki siyasətinin hərəkətverici qüvvəsi olan Səudiyyə Ərəbistanı müttəfiqinin tezislərinə arxa çevirir.
ABŞ-ın Rusiya-Ukrayna müharibəsində Moskvanın “enerjisini” tükətmək üçün Səudiyyə Ərəbistanı qarşısında neft hasilatını artırmaq tələbləri qoymasına Ər-Riyad boyun əymir”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Əksinə, OPEC gələn aydan başlayaraq gündəlik hasilatını azaldacaq ki, bu da həm ABŞ, həm də Vaşinqtonun Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı yaratdığı birlik modeli üçün problemlər ərsəyə gətirir.”

Birləşmiş Ştatlarla Səudiyyə Krallığı arasındakı münasibətlərdəki gözləntilərdə yanlış ümidlər mövcuddur, Ağ ev elə düşünür ki, ərəb ölkəsi onun hər istədiklərini edəcək. Halbuki Krallığın Rusiya ilə də isti əlaqələri mövcuddur və o, bu maraqları Ukraynadakı müharibəyə qurban vermək niyyətində deyil.
Hərçənd ki, ABŞ-ın da Səudiyyə Ərəbistanından nələrsə gözləmək haqqı da var, çünki Vaşinqton Husilər hərəkatının Ər-Riyada yönələn təhdidlərinin qarşısına keçə biləcək əsas ölkədir.
Husilərin Səudiyyə Ərəbistanı istiqamətinə tolazladığı raketlərin ovçusu ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləridir, lakin ara-sıra həmin sistemlərin də effektivliyinə dair şübhələr az deyil.
İstənilən halda, Vaşinqtonun Ər-Riyaddan strateji cəhətlərlə tələblər irəli sürməsi üçün siyasi haqqa sahibdir.
Ər-Riyad isə strategiyasının qlobal əsaslarında Rusiya və Çinlə əlaqələrə üstünlük verdiyini nümayiş etdirir ki, bu da ABŞ-ın uzunmüddətli planları önündə sədlərin tikilməsi mənasını özündə ehtiva edir.
Problemlər yağışdan sonra çıxan göbələklər kimi sürətlə artsa da, ABŞ-ın bir sıra dəyişən manevrlərinin gələcəyi üçün strateji zəminlər yarada bilər.
Nədənsə, bu fikir güclənir ki, ABŞ hegemonluq siyasətinin məzmununu saxlasa da, formanı dəyişmək əzmini subliminal mesajlarla nümayiş etdirir.
Hesablamalar aparsaq, görmək çətin deyil ki, ABŞ bəzi regionlar üzrə hərbi mövcudiyyət dairəsini kiçiltməyi qarşısına hədəf qoyub. Bir neçə misal:

-ABŞ Əfqanıstandan qoşunlarını geri çəkib,

-ABŞ Tayvan mövzusunu bitirmək üçün Çinin əlinə fürsət verir, hərçənd ki, bu, ABŞ-ın Cənubi Çin dənizindəki hərbi mövcudluğunun dərəcəsini azaltması hesabına baş verməyəcək,

-ABŞ Suriyada enerji resursları ilə zəngin ərazilərə nəzarət etsə də, həmin ərazilər Rusiya və İranın tabeliyindəki zonalarla müqayisədə kiçikdir.

Bu üç misal fonunda ABŞ-da Səudiyyə Ərəbistanından da qoşunları geri çəkməyə dair səslərin ucalması diqqət çəkir, görünür ki, Vaşinqton hərbi xərcləri başqa vasitələrlə əvəzləmək istəyir. Məsələn, ABŞ kibertəhlükəsizlik məkanında yeni rıçaqlara yiyələnmək və dolların hegemonluğunu qoruyub-saxlayan iqtisadi alətləri gücləndirmək qabiliyyətlərini inkişaf etdirə bilər.
ABŞ Səudiyyə Ərəbistanından hərbi çətirini geri çəkmək barədə tələsik və ağılsız qərar versə, Vaşinqton Çinin texnoloji və iqtisadi alətlərlə, Rusiyanın isə hərbi variantlarla yaranan boşluqları doldurmaq riskləri ilə üzləşə bilər.
Səudiyyə Ərəbistanının ABŞ-la müttəfiqlik strategiyasını Rusiya ilə münasibətlərin ayağına verməsinin səbəblərini neft motivləri ilə izah etmək mümkündür.
Görünür ki, Krallıq dünyanın böyük xam neft istehsalçısı olan Rusiya ilə uzunmüddətli perspektiv üzərində birgə planın hazırlanmasında maraqlıdır.
İkinci, Səudiyyə Ərəbistanı ABŞ-ın qlobal siyasətdə diktə etdiyi demokratik və insan hüquqları ilə bağlı dəyərlərini bölüşmür. Rusiyadakı idarəetmə ilə oxşar cəhətlər Ər-Riyad üçün daha cəlbedici gəlir və bu, Moskva-Ər-Riyad arasındakı anlaşma mühitini stimullaşdırır.
PROQNOZLAR:
Səudiyyə Ərəbistanının qərarları ABŞ və müttəfiqlərinə enerji sektorunda təhdidləri bərqərar edir və inflyasiya təzyiqlərini artırır. Bu şokedici təzyiqin perspektiv üçün xüsusiyyəti belə proqnozlaşdırılır:

ABŞ-ın Rusiyanın enerji bazarlarındakı rolunu azaltmaq üçün qaz qiymətlərini aşağı salmaq səyləri sarsılacaq,

Qlobal inflyasiya həddi pisləşəcək,

Ər-Riyadın ixtisarları dəstəkləməsi, ABŞ-ın Ukraynadakı müharibədə iştirak qabiliyyətini zəiflədəcək və Moskvanın işğaldan əldə etdiyi kapitalı qoruyub-saxlamasına alternativ şərait yaradacaq”.

Yeganə


Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda 23, bölgələrdə 26 dərəcə isti olacaq

Next Post

Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildi

Edillidəki məzarlıqla bağlı Avropaya müraciət edildi

Moldova – Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.