“Bu gün yayılan məlumata görə, yaxın vaxtlarda ATƏT Ermənistana öz nümayəndələrini göndərəcək. Bu məqamda belə bir sual ortaya çıxır, nə baş verir?
ATƏT dedikdə kimi və hansı dövlətləri nəzərdə tuturuq? Məsələ aydındır. Fransanın ciddi səyləri nəticəsində Avropa İttifaqının ardınca ATƏT də regiona göndərilir”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov FB hesabında qeyd edib:
“Hesab edirəm ki, Makron və Paşinyan arasındakı gizli plana əsasən Paris mülki missiya adı altında ciddi təxribatla məşquldur. Məqsəd Azərbaycan və Ermənistan sərhəddində təxribat törədərək hadisəni ordumuzun üzərinə atmaq və nəticə kimi anti – Azərbaycan qətnaməsini qəbul etməkdir. Paşinyan Makrondan Ermənistanın sərhədlərini qorumağı xahiş edib və rəsmi Paris nəyin bahasına olursa – olsun sərhəddə dayanaraq Qarabağ – Qərbi Zəngəzur güzgü effektini sığortalamaq istəyir. İranın Qərbin xüsusi missiyasının sərhədlərinin o tayına gəlişi fonunda susmasının da əsl səbəbi məhz Fransa – İran cütlüyünün sərhədlər dəyişilməzdir ilə bağlı Paşinyana dəstək verməsi ilə bağlıdır. Diqqət yetirək, bu həftə Qafanda konsulluq açılır, Aİ və ATƏT missiyaları Zəngəzura gəlir. Beləcə, Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır və öhdəliklərini yerinə yetirməməsi üçün arxasında dayanırlar.
Bu fonda, Kreml hadisələrə təsir imkanları zəiflədiyindən,təcili şəkildə KTMT ‘ nin xüsusi missiyasını Ermənistana göndərməyi planlaşdırır və Paşinyanın anti – Rusiya təbliğatının qarşısını almağa çalışır. (Bu məsələ ilə bağlı Mərkəzi Asiya dövlətləri birmənalı baxmırlar).
Bu fonda, Paşinyan- Makron və onların yanında olan bəzi dövlətlərdəki qrupların planında zərər görən tərəf Ermənistan olacaq.
Azərbaycana isə, sülh müqaviləsi və Qarabağdan silahlıların çıxarılması lazımdır. Yaxın vaxtlarda hər iki mövzuda bizim dediyimiz şərtlər altında məsələ lehimizə həll olunacaq”.
Şayəstə





