Fransa -İran-Ermənistan geopolitik ittifaqı Türkiyə -Azərbaycan-Rusiya geopolitik ittifaqına qarşı.
“Artıq nə qədər etiraf etməyə çətinlik çəksək də bölgəmizin və dünyanın geopolitik reallığı bu şəkildə formalaşır.
Putin Rusiyanın qazpaylayıcı şəbəkəsinin açarını Türkiyəyə verir. Rusiyanın əbədi müttəfiqi İran isə gizli şəkildə Fransa ilə birlikdə Ermənistandan Qara dənizə qaz kəməri çəkməyə çalışırdı”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Turab Rzayev FB hesabında qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın daha bir ənənəvi müttəfiqi Hindistan da, Şimal -Cənub layihəsinin istiqamətini İran-Azərbaycan-Rusiya konturundan İran-Ermənistan-Qara dəniz istiqamətinə çevirir:
“Rusiyanın Pakistan ilə son yaxınlaşması bəlkə də həm də getdikcə daha sürətlə ABŞ orbitinə girən Hindistana etibar etmədiyi üçündür. Beləliklə, Fransa, dolayısı ilə Avropa İttifaqı həm qaz kəmərlərini, həm də qlobal əhəmiyyətli nəqliyyat dəhlizlərini İran və Hindistanı da yanına alaraq sırf Ermənistan üzərindən, Rusiya Türkiyə və Azərbaycanı kənarda saxlamaqla həyata keçirməyə çalışır. Görünən odur ki, bu layihədə güclü ABŞ dəstəyi də var”.
Yeganə






