"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Araik Azərbaycan hakimiyyətini Xankəndiyə dəvət edir, amma necə?

21 Oktyabr 2022 - 13:10
in MÖVQE

“Separatçıların “rəhbəri” Araik Arutyunyan İrəvanda Paşinyanla görüşdən sonra açıqlamalar verib:

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

-“Bakı ilə danışıqlara hazır olduqlarını” deyir;

-“Qarabağın gələcəyini Rusiyanın iştirakı olmadan təsəvvür etmədiyini” bildirir;

-Ermənistanın “Qarabağın təhlükəsizliyinin təminatçısı” olmadığına işarə edir;

Bakı-İrəvan danışıqlarının gündəliyi fonunda Araikin sözlərindən bəlli olur ki, Paşinyan ona “Ermənistanın əlindən heç nə gəlmədiyini” deyib və İrəvan Qarabağ məsələsindən imtina edir”.

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı FB hesabında qeyd edib:

“Mümkündür ki, Paşinyan Araikə onları yalnız rusların “xilas etmək” imkanının olduğunu izah edib, yaxud İrəvandan imtina cavabını alan separatçı-terrorçu rejim Moskvadan başqa gedəcəkləri qapı qalmadığını anlayır. Hər iki halda problem rusların masasına ötürülür.
Proseslərin inkişafına baxdıqda da Ermənistanın planının bu olduğu aydın görünürdü: problemin Bakı-Moskva xəttində transformasiyasını başa çatdırmaq, nəticənin necə olmasından – mənfi, yaxud müsbət – məsuliyyəti rusların üzərinə qoymaq;
Paşinyanla görüşdən sonra Araikin başının dəstəsi ilə Moskvaya səfər planlaşdırdığına dair məlumatlar da bu kontekstdə diqqət çəkir: separatçılar suallarına cavab tapmaq və rusların təminatını almaq istəyir, praktiki baxımdan nə qədər çətin görünsə də, ruslardan “müstəqilliklərini” tanımağı, yaxud Rusiyaya birləşməyə imkan yaratmalarını da istəyə bilərlər;
Bu oyunun İrəvan mətbəxində hazırlandığı da aydın görünür:

  1. Ermənistan separatçıları Rusiyanın qucağına atmaqla yanaşı, qondarma “Bakı-Xankəndi” formatını da ön plana çıxarır və bununla rəsmi Bakının beynəlxalq birlik qarşısında açıqladığı “Qarabağdakı yaşayan ermənilərlə qeyri-formal danışıqların aparılması” işində separatçı-terrorçuları “tərəfə” çevirməyə çalışırlar; “Bakı ilə danışıqlara hazır olduqlarını” bildirən Araikin bunu qondarma “müstəqillikləri və öz müqəddəratını təyin etmə hüquqlarını” şübhə altına qoymadan etmək istədiklərini deməsi də buna hesablanıb;
  2. Azərbaycan “qeyri-formal təmaslara” hazır olduğunu deyir, Ermənistan isə beynəlxalq birliyin bu “təmaslarda” separatçıların iştirakını qəbul etməsinə çalışır; Araikin açıqlaması fonunda “Qarabağdakı ermənilər Bakı ilə danışıqlara hazırdır, Azərbaycan onlarla təmas qurmalıdır” fikrini inkişaf etdirməyi planlaşdırırlar; Bakı bunu qəbul etməsə, “Azərbaycan ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin etmir” iddiası üzərindən hərəkət edəcəklər;
    Proseslər deməyə əsas verir ki, Xankəndi məsələsində həlledici məqam yetişib. Bakı təbii ki, Araik və dəstəsi ilə təmas qurmayacaq, lakin bu kartı sıradan çıxarmaq istiqamətində də addım atılmalıdır, xüsusilə ruslarla təmasların intensivləşməsinə qədər”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İmam Mehdi İrandan başlamalıdır – Siyavuş Novruzov

Next Post

ATƏT Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
ATƏT Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır

ATƏT Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır

“2024-cü ildə 11 illik orta təhsil səviyyəsində dəyişikliklər nəzərdə tutulur”

"2024-cü ildə 11 illik orta təhsil səviyyəsində dəyişikliklər nəzərdə tutulur"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.