"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ATƏT Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır

21 Oktyabr 2022 - 13:12
in SİYASƏT

“Oktyabrın 21-27-də ATƏT Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupunu göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Kənan Novruzov FB hesabında qeyd edib:

“Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifaqı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? Axı ATƏT 30 il münaqişənin “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub, lakin bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməsi və turist-qastrol səfərləri ilə kifayətlənib. Hər kəsə məlumdur ki, bu təşkilat ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə “məşğul olublar”. Nəticəsi isə göz qabağındadır. Həmçinin 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir.
Cənubi Qafqazda üçüncü tərəflərin mövcudluğu həmişə Ermənistanın maraqlarına uyğun olub. Çünki beləliklə, İrəvan həmin güclərin arxasına sığınaraq təxribatlarını davam etdirə bilir. İkinci bir tərəfdən isə qarşı tərəf məhz vasitəçilərin möcvudluğunu əsas götürərək Azərbaycanı işğalda ittiham etməyə, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Ermənistanın tezislərinə görə, regionda vasitəçilərin, hansısa xüsusi missiyaların mövcudluğu konfliktin hələ bitmədiyini göstərir. Əslində isə münaqişə çoxdan həllini tapıb. Biz bunu beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişik.
ATƏT – ə gəldikdə isə deməliyik ki, bu təşkilatın otuz il ərzində “nəyə qadir olduğunu” aydın görmüşük. Belə ki, ötən müddət ərzində Qarabağın problemin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürən Minsk Qrupu ATƏT- in altqrupudur. Minsk Qrupu 30 il ərzində heç bir ciddi atmadı, əksinə, problemin uzanması üçün çalışdı. Nəticədə öz işimizi özümüz gördük. Bu mənada ATƏT- in Ermənistana yerləşəcək missiyasından hansısa nəticə gözləməyə dəyməz. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan da ATƏT – in üzvüdür. Deməli, bu təşkilat regionla bağlı hansısa qərar qəbul edərkən mütləq Azərbaycanla da məsləhətləşməli, bizim də mövqeyimizi nəzərə almalı idi. Amma belə olmadı. ATƏT hələ ki, rəsmi Bakıya müraciət etməyib. Bu isə sözügedən qurumun İrəvanın hamisi kimi çıxış etdiyinə dair əsaslı şübhələr yaradır.
Ümumiyyətlə, əvvəllər də dediyimiz tezisi bir daha xatırlatmaq yerinə düşür: biz Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq. Əks halda sabitlik, regional əməkdaşlıq təmin olunmayacaq. Çünki üçüncü qüvvələr proseslərə öz maraqları aspektindən yanaşırlar. Biz bunu dəfələrlə görmüşük.
Bu gün Azərbaycan təkcə regional yox, həm də beynəlxalq siyasi aktordur. Deməli, ATƏT bizə lazım olduğu kimi, biz də bu təşkilata gərəkliyik. Qərəzli, qeyri – obyektiv vasitəçilərin hansı taleyi yaşadığı Minsk Qrupunun timsalında ATƏT- ə yaxşı məlumdur. Əgər ATƏT Bakı üçün tarixin tozlu səhifələrində yer almaq istəmirsə, Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Araik Azərbaycan hakimiyyətini Xankəndiyə dəvət edir, amma necə?

Next Post

“2024-cü ildə 11 illik orta təhsil səviyyəsində dəyişikliklər nəzərdə tutulur”

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“2024-cü ildə 11 illik orta təhsil səviyyəsində dəyişikliklər nəzərdə tutulur”

"2024-cü ildə 11 illik orta təhsil səviyyəsində dəyişikliklər nəzərdə tutulur"

Külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

Bakıda temperatur 13 dərəcəyə enəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.