“Türkiyənin Şuşada konsulluq xidmətinin fəaliyyətə başlaması vacibdir. Ankara həmin günü səbirsizliklə gözləyir”.
Elchi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:
“Ermənistandan və İrandan Qarabağa təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bizə yenə də problem yaratmaq istəsələr qarşılarında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevrilməlidir. Bunu ləngitmək olmaz”.
Yeganə




