“Oxuyuram ki, İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının Türkiyə, Pakistan, İndoneziya, Mərakeş, İrandan olan təmsilçiləri Ağdama aparılaraq Ermənistanın törətdiyi vəhşiliklə yerində tanış ediliblər. Dünyada bir qayda olaraq İnsan Hüquqları üzrə Müvəkkilik İnstitutunun açıqlamalarına digər qurumların təmsilçilərinkindən daha çox güvənilir. Məhz ona görə də qarşı tərəf son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyasında ombudsmanlarını ön plana çıxarır”.
Elchi.az bildirir ki, bu barədə millət vəkili Sahib Alıyev FB hesabında bildirib:
“Düzdür, bir hissəsi bəlli səbəbdən gəlmək istəməyəcək, amma yenə də mümkün çərçivədə çalışıb qərbin uyğun təsisatlarının rəhbərlərini də regiona gətirib “qədim və sivil xalq”ın “əl işlərini” onlara yerində göstərmək lazımdır. Cənab Ərdoğanın sözü olmasın, qoy öz üzqaralarını görsünlər.
Ümumiyyətlə, hay nasizminin iç üzünün açılması, Ermənistanın etdiyi vəhşiliklərin, savaş cinayətlərinin çatdırılması bizim Ombudsman aparatının davamlı diqqətdə saxladığı məsələlərdən biri olmalıdır ki, oktyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununa dəyişikliklə bağlı çıxışımda da mən bunu vurğulamışdım”.
Yeganə





