"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar…”

21 Oktyabr 2022 - 19:43
in SİYASƏT

“İranın Azərbaycana qarşı qışqırıq tonu səngimək bilmir, faktiki olaraq iki ölkə arasındakı münasibətlər hibrid müharibə mərhələsindədir.
İranın daxilində hakimiyyətə, idarəetmənin ali kürsüsündə əyləşən liderə qarşı ritorika sərtləşdikcə, Tehran qəzəbindən zəncir çeynəyir və zəhərini Azərbaycanın üzərinə tökmək xəttini davam etdirir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla sərhəddə Arazboyu üzrə hərbi güc nümayiş etdirən İran Bakını nəyəsə inandırmaq istəyir, lakin İslam Respublikasında korşalan, aşınan və erroziyaya uğrayan siyasi inanc mühiti Azərbaycanı qorxuda bilməz:

“İranın təlimlərdə Araz çayı üzərində körpü salaraq “qarşı tərəfə” keçmək məşqlərinin də perspektiv əhəmiyyəti yoxdur, onu da bildirməliyik ki, İran bu hərbi təlim ssenarisini yalnız öz ərazisində icra edib, yəni Azərbaycan tərəfə keçməyib.
İrandakı orta təbəqə ilə aristokrat təbəqə arasındakı kəskin, iğtişaşlı münasibətlər sistemi teokratik rejimi etirazçılara qarşı zor tətbiq etmək potensialını inkişaf etdirməyə vadar edir.
Bu mənada cənub qonşumuzun həm “qara qutusu”, həm, qeyri-leqal gəlirlərinin mənbəyi, həm də böyük güc imperiyası olan SEPAH-ın keçirdiyi təlimlər ona etirazları yatırtmaq üçün vərdişlər qazandırır.
SEPAH-ın iğtişaşları yatıran əsas gücü 2-ci İmam Zaman Mexanikləşdirilmiş Briqadası və 31-ci Aşura Mexanikləşdirilmiş Diviziyasıdır ki, onların da təlimlərdə iştirakı haqqında məlumatlarda həqiqət payı çoxdur.
İranın beynəlxalq aləmdə təklənmişlik sindromunun yaratdığı qorxulardan əziyyət çəkməsi, İsrailin Tehranı kəşfiyyat platformalarında ağır məğlubiyyətlərə düçar etməsi, Türkiyənin regionda böyüyən əzələləri, Azərbaycanın yeni reallıqlar yaratması molla rejiminin iliklərini sızlatmaqda davam edəcək.
Ona görə də, İran hamam suyu ilə özünə dost tutmağa çalışır və Rusiyanın orbitinə söykənərək guya təhdidlərdən sığortalanmaq niyyətini güdür”.

Ekspert vurğulayıb ki, İran Rusiyaya kamikadze dronlar verməklə, faktiki olaraq Ukraynada mülki infrastrukturun dağıdılması prosesində canfəşanlığını nümayiş etdirir:

“Lakin bunu İran diplomatiyasının perspektivi hesablaya bilməyən hissi davranışları kimi izah etmək olar ki, bu da Tehrana xeyli başağrıları gətirəcək.
Ortada incə bir xətt var, məsələn, Rusiya Qərbin İrana qarşı sanksiyalar dalğasına qarşı çıxmaq meylindən qaçıb və bir növ Tehranın cəzalandırılması prosesinin dolayı iştirakçısına çevrilib.
İran dron oyununa görə indi də yeni embarqo təzyiqləri ilə üzləşib, lakin bu, Rusiyanı zərrə də heysləndirmir.
Rusiya regiondakı tarixi rəqibini cəzalanmasında maraqlı kimi görünür və Tehranın tora düşməsində Qərbə bəlkə də stimullaşdırıcı subliminal verir.
Rusiyanın İranla bağlı aşkar və ya yarıaçıq strateji tutumu Tehranın qlobal sferadakı əməkdaşlıq prioritetlərinə zərbə vurur, İsrailin isə Moskva ilə əlaqələrə görə Ukraynaya silahlar verməməsi Kremlin artan ambisiya kursunu izləyir.
Yəni Rusiyanın Türkiyə, Azərbaycan və İsraillə pozitiv məna yükünə malik əlaqələri onun Bakı-Tehran gərginliyində ikinciyə üstünlük verməyəcəyini şərtləndirir.
Qərb çevrələrində Azərbaycanın Britaniya kimi yaxşı əlaqələri, hər nə qədər gərginlik yaşansa da, ABŞ-la strateji tərəfdaşlıq həddinə çatan münasibətləri mövcuddur.
Yəni Türkiyəni də, Rusiyanı da, ABŞ-ı da, Britaniyanı da, İsraili də, Türkiyəni də bir nöqtə birləşdirir – İran Azərbaycana hücum edə bilməz, əks təqdirdə, bunun bədəlləri ağır olar…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiyanın Su-25 təyyarəsi vuruldu

Next Post

İrandan Azərbaycana təhdid – Türkiyə hərəkətə keçir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İrandan Azərbaycana təhdid – Türkiyə hərəkətə keçir

İrandan Azərbaycana təhdid - Türkiyə hərəkətə keçir

Böyük Qayıdışın təşkili ilə bağlı kollegiya iclası keçirildi

Böyük Qayıdışın təşkili ilə bağlı kollegiya iclası keçirildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.