Oktyabrın 20-də Vayots Dzor bölgəsində hadisə baş verib.
Elchi.az Shamshyan.com istinadən xəbər verir ki, saat 12:50-də Yeqqnador polis şöbəsinə Vayots Dzor bölgəsindəki kəndlərdən birində tövlədə kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları 44 yaşlı kənd sakininin meyitini adıçəkilən evin tövləsində asılmış vəziyyətdə aşkar ediblər. Yaxınlarının sözlərinə görə, sonuncu intihar edib.
Saytın məlumatına görə, Zorair D. müqaviləli hərbi qulluqçu olub.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.
Şəlalə





