Rusiya məğlubiyyət yolundadır, bundan sonra dünya tamam başqa cür olacaq. Ermənistan indi Rusiyaya qarşı çıxanlarla dost olmalıdır. Ukrayna ordusunun cəbhədəki uğurları hər şeyi kökündən dəyişdi. Bu, təkcə Avropada deyil, Mərkəzi və Orta Asiyada da müşahidə olunur. Və hər kəs yeni tərəfdaşlar seçir.
Elchi.az xəbər verir ki, bunu erməni politoloq Razmik Akopcanyan deyib.
“Biri Çinə, Hindistana, biri Türkiyəyə yönəlir. Yəni bu gün bütün dünya Putindən sonrakı mərhələyə – Rusiyanın zəifləməsi dövrünə hazırlaşır. Bir çox ölkə onilliklər ərzində öz strategiyalarını bu amil əsasında qurur. Ermənistan da bu yolla getməkdən çəkinməməlidir. Putinin Rusiyası keçmişdir və biz gələcək haqqında düşünməliyik. ABŞ, Fransa, Almaniya ilə birlikdə. Hansısa mərhələdə Ermənistan hətta Türkiyə və Azərbaycanla da eyni qayığa düşə bilər. Böyük siyasətdə belə olur. Rusiyanın qaçılmaz məğlubiyyətindən sonra dünyada hər şey başqa cür olacaq. Ermənistan isə istənilən halda Kremlin təzyiqindən qurtularaq, demokratik Qərbin dəstəyini alaraq güclənəcək”, – o bildirib.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





