Təbrizdə yaşayan azərbaycanlı fəal Hüseyn Kuşi İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hökumət qüvvələri fəalın evində qanunsuz axtarış aparıb və ona qarşı zorakılıq ediblər.
Xatırladaq ki, Hüseyn Kuşi Güney Azərbaycanda tanınmış fəhlə hərəkatı fəallarından sayılır və uzun illər işçilərin hüquqları uğrunda apardığı mübarizəyə görə dəfələrlə basqılara məruz qalıb.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...





