Məlum olduğu kimi, bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü gözlənilir. Bu barədə “Vedomosti” nəşri məlumat yayıb. Diplomatik mənbənin “Vedomosti”yə bildirdiyinə görə, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşün təşkilinə hazırlıq gedir.
Başqa bir mənbə isə nəşrə bildirib ki, üçtərəfli danışıqlar oktyabrın sonunda keçirilə bilər. Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.
Görüşün məkanı kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.
“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, – deyə “Vedomosti” nəşri yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.
Elchi.az xəbər verir ki, politoloq Zaur Məmmədov sözügedən görüş barədə gözləntilərini şəxsi Feysbuk hesabında bildirib. Onun fikrincə, son Fransa və İran müdaxilələrini nəzərə alsaq, görüşə Paşinyan gicəllənən baş ilə gələcək:
“Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏTin nümayəndələrinin Ermənistanda olması və Aİ’nin xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qaçmamalıdır . Fransa- İran- Ermənistan arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq məxrəcə gəlmək üçün ən optimal variant – sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər daha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayrıla bilinər. İndiki məqamda ən vacib məsələ isə, Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımasıdır.
Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əliboş gəlməyəcək. (Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris – Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sıra korrektələr edib). Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformada, ABŞ, Aİ, ATƏT və Rusiyanın iştirakı ilə baş tutması daha məqsədəuyğundur. Bu təqdirdə, Ermənistanın gələcəkdə mümkün cığallığı zamanı əli – qolu bağlanmış olacaq”.
Şəlalə





