"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Yeni qanun layihəsini “qaralamaq” yox, alqışlamaq lazımdır”-Partiya sədri

24 Oktyabr 2022 - 19:12
in MÖVQE

Bu gün Milli Məclisin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Məlumata görə, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edib.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Qeyd edək ki, yeni qanun layihəsinin müzakirəsində iştirak edənlərdən biri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov idi. Elchi.az xəbər verir ki, partiya sədri sözügedən müzakirələr və qanun layihəsi ilə bağlı təəssüratlarını şəxsi Feysbuk hesabında bölüşüb.

“Belə bir müzakirənin təşkil edilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkür edirik. Biz Milli Həmrəylik Partiyası olaraq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını və fəaliyyətdə olan siyasi partiyaların konseptual müzakirəyə dəvət edilməsini yüksək qiymətləndirir, layihənin özünü isə partiyaların güclənməsi üçün yeni imkanlar açan çox önəmli bir sənəd kimi, mütərəqqi məzmunlu layihə kimi təqdir edirik. Bu baxımdan, biz bəzi opponentlərimizin qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etdiyi barədə iddialarla qətiyyən razı deyilik və belələrinə baxış bucaqlarını dəyişməyi təklif edirik. İndi ənənəvi inkarçılıq mövqeyindən əl çəkməyin vaxtıdır. Yeni dövr və yeni çağırışlar heç şübhəsiz ki, partiya sədrlərindən də yeni yanaşmalar tələb edir. Köhnə qanunun nəyə görə yenisi ilə əvəz edilməsinin labüdlüyünə də ilk növbədə məhz bu rakursdan yanaşmaq lazımdır.
Bildiyiniz kimi hal-hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. Aradan düz 30 il vaxt keçib. Və ötən müddət ərzində həm dünyanın geosiyasi mənzərəsi, həm də ölkəmizin ictimai-siyasi reallıqları kökündən dəyişib. İndi biz yeni çağırışlarla üz-üzəyik. 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımız da ölkənin ictimai-siyasi mühitinə xeyli dəyişikliklər, yeniliklər gətirib, yeni reallıqlar formalaşıb. Köhnə qanunu isə yeni reallıqlara uyğunlaşdırmaq heç cürə mümkün deyil. Ayrı-ayrı maddələrə hər nə qədər düzəlişlər və əlavələr edilsə də belə, lakin bütövlükdə o qanun günümüzün tələblərinə qətiyyən cavab vermir”.

Ə.Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə davam etdirilən islahatlar və formalaşmaqda olan yeni siyasi konfiqurasiya istər-istəməz mövcud qanunun da dəyişilməsini qaçılmaz edir:

“Proseslər onu göstərir ki, hakimiyyət özü də siyasi partiyaların institutlaşmasında, onların fəallığının və siyasi proseslərdəki rolunun artırılmasında maraqlı olduğuna görə partiyaların böyüməsinə və güclənməsinə təkan verən yeni qanunun qəbul edilməsinin vacibliyini qəbul edir. Ona görə də, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi artıq inkarolunmaz bir zərurətə çevrilib.
Bu mənada, yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını qaralamaq yox, alqışlamaq lazımdır. Əlbəttə, cəmiyyətdə və xüsusən də müxalif siyasi qüvvələr arasında sözügedən qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət birmənalı deyil. Bəzi siyasi partiyalar tərəfindən bu layihə tənqidlə qarşılanmışdı və elə bu günkü müzakirə zamanı da müəyyən tənqidi fikirlər səsləndirildi. Bu da normaldır, təbiidir. Çünki biz demokratik cəmiyyətdə yaşayırıq. Fərqli fikirlərin, fərqli yanaşmaların ortaya çıxmasına normal baxmaq lazımdır. Bizim də bu yeni qanun layihəsində razılaşmadığımız bəzi məqamlar var. Lakin bütövlükdə isə biz bu yeni sənədi demokratiyaya doğru önəmli bir addım kimi qiymətləndiririk.
Elə bu müzakirələrin özü də ölkədə demokratiyanın inkişafına, siyasi dialoqun dərinləşməsinə xidmət edir və bu gün müzakirəyə qatılan bütün siyasi qüvvələr yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğun gələn bir addım kimi qiymətləndirdilər. 44 günlük Vətən Müharibəsinin gedişində Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan ilə sıx siyasi birlik, milli həmrəylik nümayiş etdirən siyasi partiyalar, bu gün də sözügedən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi təşəbbüsünü dəstəkləməklə növbəti dəfə həmrəylik mövqeyini ortaya qoydular. Biz əminik ki, layihə ilə bağlı növbəti müzakirələr daha da səmərəli keçəcək və partiyaların təklifləri də nəzərə alınmaqla sonda mükəmməl bir sənəd kimi Milli Məclisin plenar iclasına təqdim olunacaq”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezidentin köməkçisi Yaponiya səfərindən danışdı

Next Post

Rusiyaya aid 13 çanta məxfi sənəd tapıldı – Foto

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Rusiyaya aid 13 çanta məxfi sənəd tapıldı – Foto

Rusiyaya aid 13 çanta məxfi sənəd tapıldı - Foto

Ermənistan Hindistan və İrandan silah gözləyir: Prosesin qarşısını necə almaq olar?

Ermənistan Hindistan və İrandan silah gözləyir: Prosesin qarşısını necə almaq olar?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.